70-ci Kann festivalı başladı – KANN GÜNDƏLİYİ

 

Dünyanın dörd bir yanından ulduzlar 70-ci ilini qeyd edən, dünyanın ən prestijli festivallarından olan Kanna gəlir. Culia Mur, Robert Pattinson, Ceyk Cillenhol və Emma Tompson bu il qırmızı xalıda addımlayacaq məşhurlar arasındadırlar.

 

Festival mayın 17-də Marion Kotillardın oynadığı fransız filmi "Ismael's Ghosts" ilə açılıb.

 

Bu ilin dörd layihəsi ilə festivala qatılan Nikol Kidmanın ili olacağını desək yanılmarıq. Bunların arasında Sofiya Koppolanın “Başdan çıxarılan” (The Beguiled) filmi də var. Kidman Yorqos Lantimosin “Müqəddəs maralın qətli” (The killed of a sacred deer) filmində də oynayır.

 

Bundan başqa festivala Rihanna kimi məşhur müğənnilər də qatılacaq.

 

Fransada baş verən terror hadisələrindən sonra Kann festivalında təhlükəsizlik tədbirləri ən yüksək həddə çatdırılıb. Təhlükəli yerlərə tikanlı məftil çəkilib, əlavə polis qüvvələri gətirilib. Bundan başqa 550 təhlükəsizlik kamerası quraşdırılıb ki, hər 140 Kann iştirakçısına bir kamera düşür.

 

Kann festivalı sürprizlərlə boldur. Misal üçün ötən illərdə qırmızı xalıda altı düz ayaqqabı ilə yerimək qadağan olunmuşdu, Hollivud ulduzlarının filmləri fitə basılmışdı, dünyaca məşhur rejissor Lars fon Triyerin Hitlerə simpatiya duyduğunu söylədiyi üçün festivalın qara siyahısına salınmışdı.

 

Görək bu il bizi hansı sürprizlər gözləyir. 

LENT

17 Dekabr 2017
16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017