Əsgər Fərhadi “Oskar”ını aldı - KANNDA

 

 

“Oskar”ı baykot eləmiş İran rejissoru Əsgər Fərhadi mükafatını alıb. Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə “Oskar” heykəli rejissora Kann festivalında təqdim olunub.

 

O, “Oskar” mükafatının fevral ayından keçirilən təqdimetmə mərasiminə getməmişdi.

 

Rejissor bildirib ki, Kann mədəniyyətlərin bir-biri ilə dialoqa girdiyi məkandır.

 

Əsgər Fərhadinin “Satıcı” filmi “Xarici dildə ən yaxşı film” nominasiyasında qalib olmuşdu. Lakin ABŞ prezidenti Donald Trampın İran, İraq, Yəmən, Liviya, Suriya, Somali və Sudan vətəndaşlarının ölkəyə gəlişini qadağan etməsindən sonra rejissor baykot elan edərək mükafatların təqdimetmə mərasiminə qatılmamışdı. 

LENT

21 Oktyabr 2017
20 Oktyabr 2017
19 Oktyabr 2017
18 Oktyabr 2017