Tarkovskidən ruhunuzu titrədəcək AFORİZMLƏR

Kulis.Az Tarkovskinin ən məşhur aforizmlərini təqdim edir.

 

İncəsənət həyat gözəl olmadığı üçün var.

Image result for Tarkovski

 

Hisslərini büruzə verən insanlara baxa bilmirəm...

Image result for Tarkovski

 

İncəsənətin əsas məqsədi insanları mənən ölümə hazırlamaqdır.

Image result for Tarkovski

 

Qışda anamın çəkməsini geyinirdim. Yoxsulluq – bu söz həqiqəti tam ifadə etmir.

Image result for "Ayna" filmi

 

Məncə, uşaqlığımızın sonrakı taleyimizə qətiyyən təsiri yoxdur.

Image result for ivanın çocukluğu

 

Hər bir insan uşaqlıqdan tək qalmağa öyrənməlidir. Bu, tənhalıq deyil. Bu, özünlə darıxmamaqdır.

Image result for ivanın çocukluğu

 

Mən həqiqət haqda düşünmürəm, onu hiss etməyə çalışıram. Həqiqətlə heyvan kimi, uşaq kimi davranıram.

 

İnsan boşluq içində yaşamağı öyrənməlidir.

 

Mənə elə gəlir ki, incəsənəti anlamaq insanda anadangəlmə olur və onun ruhi səviyyəsindən asılıdır.

 

Qoy, ümid yalan olsun, ancaq o insana yaşamağı və gözəl şeyləri sevməyi yaradır. Ümidsiz həyat yoxdur.

 

Hamını xilas etməyin yeganə yolu özünü xilas etməkdir.

Image result for Qurbanvermə Tarkovski

 

Həyatın necə başa çatdığını bilirəmsə, o, mənim üçün bütün əhəmiyyətini itirir.

Image result for Qurbanvermə Tarkovski

 

İnsan xoşbəxtlik üçün yaradılmayıb, ancaq xoşbəxtlikdən daha önəmli şeylər də var. Həqiqəti axtarmaq çox vaxt əzab verir.

Image result for Tarkovski

 

Ruh harmoniyaya bağlıdır, həyat isə yox...

 

Nə qədər yaşadığın deyil, necə yaşadığın önəmlidir.

 

Sevgi nədir? Bilmirəm. Bu o demək deyil ki, tanış deyiləm. Sadəcə təyin edə bilmirəm.

 

Mənim atam şübhəsiz böyük rus şairidir. Ancaq o heç vaxt məşhurlaşacaq şeylər yazmayıb.

 

Kino incəsənətin ən bədbəxt növüdür. Ondan saqqız kimi istifadə edirlər. Siqaret, ya da hansısa əşya kimi...

Image result for Tarkovski

 

İnsanın gəlir üçün etdiyi cəhdləri aradan götürsən, yerində yalnız incəsənət qalır.

Image result for Tarkovski

 

Mənim filmlərim bütövlükdə həyatımın əsasında qurulub.

 

Gözəllik həqiqətin simvoludur.

 

LENT

23 May 2017
22 May 2017
21 May 2017
20 May 2017
19 May 2017
18 May 2017
17 May 2017