Zvyagensevin yeni filminin treyleri yayıldı – VİDEO

 

Rus rejissor Andrey Zvyagensevin çoxdan gözlənilən “Sevgisizlik” (Loveless) filminin treyleri təqdim olunub. Film 70-ci Kann Festivalının əsas proqramında, iyun ayının birindən isə Rusiyada nümayiş olunacaq.

 

“Sevgisizlik” Andrey Zvyagensevin sayca yeddinci filmidir.

 

“Sevgisizlik” Jenya və Boris adlı ər-arvaddan bəhs edir. Onların ailələri dağılmaq üzrədir, hər ikisi tezliklə boşanıb öz həyatlarını yaşamaq istəyirlər. 12 yaşlı Alyoşa isə valideynlərinin mübahisələrindən, davalarından bezib. Bir gün valideynlərinin növbəti davasından sonra Alyoşa yox olur və hamı onun axtarışına çıxır.

 

Kulis.az “Sevgisizlik” filminin treylerini təqdim edir.

 

LENT

24 Avqust 2017
23 Avqust 2017
22 Avqust 2017
21 Avqust 2017