Beynəlxalq mükafat alan filmimiz - VİDEO

 

 

Rejissor Ayşad Səfərəliyevin “İnikas” bədii filmi 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Ekran əsərinin ssenari müəllifi Ayşad Səfərəliyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Şahin Həsənli, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.

 

Film S.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin məzunu olan Ayşad Səfərəliyevin diplom işidir. Filmdə rolları əməkdar artistlər Elşən Rüstəmov, Nargilə Qəribova və aktrisa Könül Nağıyeva canlandırıb. Cavid rolunu isə azyaşlı aktyor Tofiq Əliyev oynayıb.

 

“İnikas” filmi beynəlxalq aləmdə bir sıra uğurlu nəticələrə imza atıb. Film Banqladeşin paytaxtı Dakka şəhərində keçirilən azad filmlər festivalında 10 film arasına düşərək ölkəmizi təmsil edib.

 

Ardından Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən “Qırğızıstan qısametrajlı filmlər ölkəsi” adlı beynəlxalq festivalında jürinin xüsusi mükafatına layiq görülüb.

 

2016-cı ildə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “Esperanza” Beynəlxalq Film Festivalında da ölkəmizi təmsil edib.

 

Həmin filmi təqdim edirik.

 

LENT

17 Oktyabr 2017
16 Oktyabr 2017
15 Oktyabr 2017
14 Oktyabr 2017
13 Oktyabr 2017