Nə evliliyə, nə də ata olmağa hazır deyiləm – Kafkanın Felisaya məktubları

Nə evliliyə, nə də ata olmağa hazır deyiləm – <span style="color:red;"> Kafkanın Felisaya məktubları
27 aprel 2017
# 15:37

Modern ədəbiyyatın ən önəmli imzalarından biri Frans Kafkanın “Milenya Məktublar”ını çoxumuz bilirik. Bəs yaxşı nişanlısı Felisaya yazdıqlarını? Kafkanın ölümündən sonra kitab halına gətirilən bu məktublarda romantik fəqət hüzursuz bir dahinin izlərini görmək mümkündür...

Frans Kafka Felisa ilə 1912-ci ildə Kafkanın dostu Maks Brodun evində tanış olurlar. Qısa vaxtda məktublaşmağa başlayırlar. Beş ilə yaxın vaxta qədər münasibətləri davam edən cütlüyün cəmi 2 görüşü baş tutur. Həm də Kafka nişanlı ikən.

Bu dövrdə Kafka “Çevrilmə” başda olmaqla bir çox əsərlərini də yazmışdır. Kafkanın Felisaya göndərdiyi məktublardan qalan 500 məktub ölümündən sonra yayımlanmışdır.

Həmin məktublardan bəzi parçaları təqdim edirik:

“Münasibətlər, yəqin ki, bizim ən yaxşı təcrübələrimizdir” bir dəfəsində intellektual bir qadın demişdi. Rilkenin eşq üçün unudulmaz elanını gurultulu səslə demişdi: “Eşq bütün vəzifələrin bəlkə də ən çətini... Digər bütün məşğuliyyətlər, işlər sadəcə onun üçün bir hazırlıqdır.”

“Aşiq olduğumuzda bu vəzifəni üstələnməyi daha çox istəyərik, ruhumuz da bərabər qüvvələr tərəfindən fərqli tərəflərə doğru çəkilir: bir tərəfimiz yalvarırcasına təslim olmağı istəyərkən, digər tərəfimiz də bərabər ölçüdə güvəndə olmağı istəyər...”

“Sevgili Felisa, səndən qulağa çılğınca gələcək bir yaxşılıq etməni rica edirəm. Bu ən incə insan üçün belə böyük imtahandır. Yaxşı, səndən xahişim budur:

Mənə sadəcə həftədə bir dəfə yaz. Beləcə məktubların mənə sadəcə bazar günləri çatacaq. Sənin gündəlik məktublarına hövsələm çatmır, bunlara səbir etməkdə acizəm. Məsələn, mən sənin yazdığın məktublardan sadəcə birinə cavab verə bilirəm. Sonra sakitcə çarpayıma uzanıram. Ancaq ürək döyüntülərim, bütün bədənim və bütün şüurum sadəcə sənin. “Mən sənə aidəm... Ancaq tam da bu səbəblə sənin nə geyindiyini bilmək istəmirəm, başımı qarışdırır, həyatla başa çıxa bilmirəm.

Kafka münasibətlərinin başlanmasından 5 il sonra Felisaya ilə əlaqələrinin fiziki yox, psixoloji səbəbdən yarandığını demişdir:

“Ax, üzücü, əlimdən bir şey gəlməməsinin üzücü bir səbəbi var. Qısaca deyim: sağlığım çox yaxşıdır, yerindədir: nə evlilik, nə də atalıq üçün isə hazır deyil. Sənin məktubunu oxuyarkən belə, gözdən qaçırılması mümkün olmayan şeyləri belə, gözdən qaçırırmışam kimi hiss edirəm”.

Kafka nişanlısına bir açıqlama etmək yerinə, diqqəti özünə çəkir:

“Əgər şənbə günün məktubunu götürsəydim…

Sənə yalvarıram, bir daha mənə məktub göndərmə. Eyni sözü mən də sənə verirəm. Allahım! Mənə məktub göndərməyi buraxmaq üçün sənə nə əngəl olur axı? Hər şey yaxşı ola bilərdi. Bundan sonra hüzurlu bir çarə tapmaq mümkündürmü? Həftədə sadəcə bir məktub göndərsək bu bizə kömək olarmı?

Xeyir, çəkdiyim acı bu kimi üsullarla müalicə edilə bilsəydi, zatən ciddi olmazdı. Və hal-hazırda bazar gününün məktublarına hövsələm olmayacaq. Və beləcə şənbə günlərinin itkin düşmüş fürsətini kompensasiya etmək üçün geriyə məndə hansı enerji qaldığını bu məktubun sonunda səndən soruşuram…”

Kafka özünəməxsus şəkildə nöqtələyir məktubu:

“Əgər həyatlarımızı qiymətləndirsək, onu tamamilə tərk etməyimizə icazə verək... Mən sonsuza qədər özümə zəncirlənmişəm. Bu, məni mən edən şeydir və bununla yaşamağa çalışmaq məcburiyyətindəyəm”.

Oğuz Ayvaz

# 735 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
#
#
# # #