İtaliya menstruasiya icazəsini müzakirə edir

İtaliya menstruasiya icazəsini müzakirə edir
17 aprel 2017
# 12:35

İtaliyada qadın işçilərin menstruasiya günlərindən işdən azad edilməsini müzakirə olunur. Kulis.Azın rus mətbuatına verdiyi məlumata görə, bu qərar qəbul olunarsa Avropada bir ilk olacaq.

İtaliya parlamentinin Aşağı Palatası yeni qanun layihəsi hazırlayıb və müzakirəyə çıxarıb. Layihəyə görə, menstruasiyanı ağır keçirən işçi qadınlar üçün şirkətlərdən hər ay üç günlük icazə verilməsi tələb olunacaq. Sənədlər Demokratik Partiyaya mənsub dörd qadın deputat tərəfindən hazırlanıb.

Bu qərarı bir çoxları təqdirəlayiq hesab etsə də, feminist qruplar tərəfindən ciddi etirazlara səbəb oldu. Etiraz edənlər düşünür ki, qadınlara verilən bu icazələr şirkətlərin kişilərə daha çox iş təklif etməsinə gətirib çıxaracaq.

İtaliyada kağız üzərində qadınların işlə təmin olunması qanunları var. Ancaq İtaliyadakı qadın işçilər digər ölkələrə nisbətən çox aşağı rəqəmdir. Avropada qadın işçilərin ən az olduğu yer İtaliyadır. Qadınların 61 faizi işləyir və bu Avropa statistikasına görə olduqca aşağı göstəricidir.

Qadınların bu qərara etiraz səbəbi də işlərinin əllərindən alınmaq qorxusuyla bağlıdır. Etiraz edən tərəfin fikri: “Qadınlar menstruasiya problemləri ilə bağlı onsuz da icazə alırlar. Bu qərarın qəbul olunması neqativ bir vəziyyət yaradacaq. Şirkətlər arasında qadın işçilərə tələb azala bilər. Qadınların kariyera qazanmağı, uğur əldə etməyi daha da çətinləşər.”

Dörd qadın deputatın layihəni təqdim etməsindən belə düşünülür ki, qərar qəbul olunacaq. Feministlər isə qərarın qəbul olunmasının təhlükə yarada biləcəyini açıqlayıblar.

İtaliyan parlamentinin hazırladığı qanun layihəsi qəbul olunarsa Çin, Yaponiya və Cənubi Koreya sırasına daxil olacaq. Bu ölkələrdə məşhur şirkətlər öz işçilərinə menstruasiya dövrü məzuniyyəti verirlər.

# 863 dəfə oxunub

Oxşar xəbərlər

Kitab oxumayan, filmlərə baxmayan dayaz aktyorlarımız - Mirmehdi Ağaoğlu

Kitab oxumayan, filmlərə baxmayan dayaz aktyorlarımız - Mirmehdi Ağaoğlu

09:00 25 aprel 2024
Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
# # #