Bakıda və Şəkidə Qazaxıstanın mədəniyyət günləri keçiriləcək

 Bakıda və Şəkidə Qazaxıstanın mədəniyyət günləri keçiriləcək
12 aprel 2017
# 11:54

Aprelin 12-dən 15-dək Bakı və Şəki şəhərində qardaş Qazaxıstan və Azərbaycan ölkələri arasında diplomatik əlaqələrin yaranmasının 25 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və “TÜRKSOY”-un dəstəyi ilə Qazaxıstan Respublikası Kızılorda vilayətinin mədəniyyət və incəsənət günləri keçiriləcək.

S.Rəhman adına Şəki Dövlət Dram Teatrının mətbuat xidmətindən Kulis.aza verilən xəbərə görə, tədbirin keçirilməsində məqsəd Böyük çöllər ölkəsinin mədəniyyət və incəsənətinin yaxından tanıdılması, Azərbaycan və Qazaxıstan respublikaları arasında uzunmüddətli dostluq münasibətlərinin və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin filarmoniya və teatrın yaradıcı kollektivləri arasında təcrübə mübadiləsinin möhkəmləndirilməsidir.

Mədəniyyət və incəsənət günlərinin proqramına Kızılorda vilayətinin filarmoniyasının konserti və N. Bekejanov adına Qazax Dram Teatrının quruluşunda M. F Axundovun “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat” əsəri əsasında hazırlanmış “Getməyəcəksən! Vəssalam, getməyəcəksən” teatr tamaşası daxil edilmişdir.

Mədəniyyət və incəsənət günlərində Qazaxıstanın tanınmış mədəniyyət və incəsənət ustalarının çıxışı nəzərdə tutulmuşdur

Tədbirlər proqramı çərçivəsində Kızılorda vilayət filarmoniyasının konserti 12 aprel tarixində Bakı şəhəri, Azərbaycan Dövlət Musiqili teatrında, tamaşanın nümayişi isə S. Vurğun adına Rus Dram Teatrında baş tutacaq. Mədəniyyət və incəsənət günləri 13 və 14 aprel tarixlərində Şəki şəhərində, S.Rəhman adına Şəki Dövlət Dram Teatrında davam etdiriləcək.

Xatırladaq ki, nümayiş etdiriləcək tamaşanın məsləhətçisi Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, S.Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rejissoru Mirbala Səlimlidir.

# 806 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #