Platonovdan qeyri-adi deyimlər

Platonovdan qeyri-adi deyimlər
2 aprel 2017
# 16:00

Kulis.az böyük rus yazıçısı Andrey Platonovun müxtəlif əsərlərindən seçilmiş fikirlərini təqdim edir.

Ağrı

Ağrımız artıq əvvəlki kimi zavallı olmasın, bir başqa cür olsun. Ağrımız kərtənkələnin, tısbağanın ağrısına bənzəyirdi.

Adam

Ölü kimi yaşamağı bacardıq, adam kimi yaşamaq artıq çətin olmaz.

Bədən

Çox zəngin bir adam deyiləm, sırf bədənimin içində yaşayıram.

Boyun

Doğrudur: Ruh boyundadır! Bəs bizi niyə boynumuzdan asırlar?

Burjuaziya

Maşına minib burjuaziyaya gedəcəm, iki çəllək mürəbbə gətirəcəm, bütün kommunizmə yetər.

Cəza

Xoşbəxt insanları cəzalandırmaq çətindir, çünki onlar pislikdən bir şey anlamazlar.

Çıxılmazlıq

Sonsuzluq nədir axı? O sonunda dalana dirənmək məcburiyyətindədir.

Duyğu

İnsan danışmayana qədər ağıllı sayılmaz, çünki susqunluqda ağıl yoxdur, ani duyğunun əziyyəti var.

Düzən

Ölmək istədiyi halda həyatda qalsaydı, azad düzəndən bəhs edə bilərdikmi?

Dəmir

Dəmirdən istədiyinizi düzəldə bilərəm, amma insandan kommunist düzəldə bilmərəm.

İntellektual

Kopyonkin çiyninə atdığı kötüklə qarşıdan gəlirdi, arxadan da Serbinov kötüyü bacarıqsızcasına, ağırlığın ancaq səkkizdə birini qaldıraraq, bir intellektuala yaraşacaq şəkildə tutmuşdu.

İnqilab

İnqilab savaşdan asandır.

Günəş

İnsanın dərdi günəşin yolunu izləyər; axşam çöküncə batar, səhər açılınca təpəyə çıxar.

Hərəkət

Hərəkətə keçməyən insanlar özlərini ağıllı sanırlar ki, bu axmaqlıqdan daha pisdir.

Qəlb

Qəlb dediyin insanın təsərrüfat işçisidir, işçinin özüdür ki, var.

Qan

Dvanovun başının içində qan düşünür, yoldaş Profoyində isə sümük. Birdəfəlik anladınmı?

Qaranlıq

Mən kor bir adamam, ancaq qaranlığı anlayıram.

Kommunizm

Kommunizmi və xoşbəxtliyi bütünlüklə yığışdırmaq daha yaxşı olmazdımı? Aradabir sinfin ehtiyacına görə kütlələrə bir pay düşərdi.

Proletar

Yer üzündə ölüdən daha kasıb proletar yoxdur.

Mədəniyyət

Bilgisizliyi mədəniyyətdən çox sevirdi: cahillik hər bilginin yetişə, bitə biləcəyi bir tarladırsa, mədəniyyət artıq heç bir şeyin yetişməyəcəyi ot basmış tarladır.

Məzar

Bir zamanlar bəylər üçün qos-qoca nəhrlər qazmış işçilər artıq heç bir şey, özləri üçün məzar belə, qaza bilməyəcəkdilər.

Musiqi

Musiqini bir liderin danışması, ya da hər zaman düşündüyü, amma əsla yüksək səslə söyləyə bilmədiyi öz sözləri kimi dinləyərdi.

Mahnı

Boş yerə ağlama, insanlar mahnı deyil. Məni mahnılar çox ağladır. Öz toyumda belə ağlamışdım.

Ölüm

Altmış ildən bəri hər Allahın ver günü ömrünə nöqtə qoymağa bircə an qalmış bu adam hələ bir dəfə də olsun ölməmişdi. Bu səbəbdən ölümün və hər cür fəlakətin gücünə inamını itirmişdi. Ölümsüz, xoşbəxt biri kimi sakitcə, qayğısız həyatını sürdürürdü.

Ruh

Ruhun içində insanın xoşbəxtliyini təmin etməsi üçün boş bir yer həmişə qalır.

Yuxu

Nədənsə müharibə və inqilab çağında insanlar çoxlu yuxular görürlər. Sülh zamanı belə şeylər olmur; hamı kötük kimi yatır.

İç çəkmələr və xorultular o qədər gurultuluydu ki, sanki burda yatmırdılar, nəsə iş görürdülər. O qayğılarla dol günlərdə yuxu da bir iş idi.

Səadət

Ürəkdə və dünyada qəfəsə salınmış kimi çırpınan, hələ sınanmamış bir səadət yaşayırdı, hər bir insan onun gücünü hiss edirdi, onun hərəkət meydanı məhdud idi və dar bir yerə sığına bilmək üçün skelet içindəki ürək kimi şikəst qalmışdı.

Seyrçi

İnsanın içində bir də bir kiçik seyrçi yaşayır: nə davranışımıza, nə acılarımıza qatılan, daim soyuqqanlı və dəyişməz qalan bir seyrçi. Onun işi görmək və şahid olmaqdan ibarətdir. Amma o insanın həyatında söz haqqına sahib ola bilməz.

Söhbət

İnsanın öz-özüylə söhbəti sənət, başqalarıyla söhbəti əyləncədir.

Şəhər

Mən həmişə bir şəhərdə yaşayıb başqa şəhəri sevmişəm.

Təşkilat

Duyğu dediyin kütləvi bir axındır, düşüncə isə təşkilanmaqdır.

Torpaq

Torpağı verdiniz, əvəzində son toxumumuza qədər əlimizdən alırsınız. Elə isə bu torpağı siz təpələriylə istifadə edin. Kəndlinin nəsibi ancaq üfüqün mənzərəsidir.

Varlıq

Bir zaman var olmusunuz, heç bir şey digər bir şeyə bənzəmədən, var olan bir şeyi yıxmadan gerçəyə çevrilə bilməz.

Üz

Bir kimsə uyuyan insanları seyr etməz, halbuki gerçək sevimli üzlər sadəcə, onlardadır. Oyaq insanın üzü isə yaddaşla çapılıb.

Zəfər

Hüznlü olsa belə, musiqi daim zəfər üçün səslənər.

Tərcümə etdi: Kənan HACI /sim-sim.az/

# 784 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #