Dodağınız dodağa dəysin

Dodağınız dodağa dəysin
30 mart 2017
# 12:14

Hər yerdə öpüşmək lazımdır. Küçədə, avtobusda, metroda, səkidə, kafedə... Öpüşməyin məkanı yoxdur. Dodaqdan qəlbə və qəlbdən dodağa. Toplananların yerini dəyişəndə xoşbəxtlik dəyişməz.

Neqativ hadisələrlə dolu olan gündəmimizin içinə qəfil belə möhtəşəm bir hadisə düşdü: metroda iki gənc öpüşdü. Daha doğrusu öpüşməyə cəhd elədi. Jurnalist, qələm adamı isə bu görüntüyə bir təpik atdı.

Mənim uşaqlığım Tiflisdə keçib. Dəfələrlə Tiflisdə metroda öpüşən cütlük görmüşəm. Onlar öz işlərində, sərnişinlər də öz işlərində. Kimi kitab oxuyur, kimi qəzet, kimi də kədərlə oturub. Axı başqasının yaratdığı gözəl dünyanı çirkləndirmək onların nə işinə?

Metroda basabasdan istifadə edib qadınlara seksual hərəkətlər edən qaqaşlar bu gün əllərində bayraq edib deyirlər ki, bəs namus, qeyrət əldən getdi. Nədir namus? Sənin hansısa bir qadını zorla kənara sıxışdırmaqmı, yoxsa iki sevən cütlüyün ətrafını unudub öpüşməsimi?

Əxlaqsızlıqdır? Metroda oğlan qızı vuranda heç kim buna qarışmır, deyirlər ki, əşşi, qardaşıdır, yoldaşıdır, özü bilər, bizlik nə var. Amma iki gənc öpüşəndə qiyamət qopur. Niyə ey mənim gözəl xalqım? Axı əxlaq qurşaqdan aşağı məsələ deyil. Niyə biz pozitiv mənzərəni neqativə çeviririk? Hər gün bıçaqlanma, dava-şava, təcavüz, zorlanma yaxşıdır?

Məncə, o gəncləri alqışlamaq lazımdır. Onlar bu qədər neqativ hadisələrin içindən günəş kimi doğdular. Ona təpik atan, söyüş söyən adamlar isə bu günəşə güllə atanlardır. Hətta bu “günəşə güllə atanın” biri deyir ki, uşaq var idi yanımda. O uşaq təpik atan atanınmı tərbiyəsində böyüyəcək? Hələ də o atanın “leylək gətirib” nağılına qulaq asacaq? Öpüşmək pozitiv hadisədir, təpik atmaq neqativ. Uşağa daha çox ikinci hal təsir edəcək.

Uşaq idik, qonşu evimizə qonaq gəlmişdi. Televizorda qəfil öpüşmə səhnəsi oldu. Qonşu kişi gülümsəyə-gülümsəyə: “Oğlan qızın dodaqlarına söz buraxır” – dedi.

Öpüşün! Hər yerdə! Bizi öpüşmək xilas edəcək! Sevmək xilas edəcək! Bu gənclərin öpüşməyi bizim gözəl günlər görəcəyimizin müjdəçisidir. Onlar da transformatorun içində ölməli idi? Həmin gənclərə təpik atmaq yox, sevgi ilə gülümsəmək lazımdır. Çünki o oğlan o qızın dodaqlarına bir söz buraxdı: “Sevgi”...

# 1740 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #