Yazıçımız ABŞ-da təltif olundu

<b>Yazıçımız ABŞ-da təltif olundu</b>
28 mart 2017
# 12:22

Bu günlərdə Azərbaycan yazıçısı Varis Yolçuyev, Yazıçıların Nyu-York Beynəlxalq Konfransında iştirak etməsi və 58 akademik saat seminarı uğurla tamamlaması münasibəti ilə «Promotion of Creative Writing in the USA» (Kreativ yazıçıların ABŞ-da təbliği) layihəsi çərçivəsində Fərqlənmə Sertifikatı ilə təltif olunub.

Kulis.azın xəbərinə görə, rəsmən «Writers Digest Annual Conferense» adlanan Yazıçıların Beynəlxalq Konfransı 2016-cı ilin axırlarında Nyu-Yorkda keçirilib. Konfransda yazıçılar Fil Seqston, Emili Libert, Qabriela Pereyra, Libbi Kadmor Matyu Kuin Martin kimi tanınmış ədəbiyyat mütəxəssislərinin «Tarixi roman üçün tədqiqat», «Dinamik xarakterlərin yaradılması», «Uğurlu müəllif olmağın sirləri», «Dram janrı müasir dönəmdə» kimi seminarlarının, «Müəlliflər üçün marketinq strategiyası», «Dövrün nəbzini necə tutmalı» kimi təlimlərin dinləyiciləri olublar.

Konfransda ABŞ naşirləri, ədəbi agentləri və redaktorları üçün təşkil edilən uğur qazanacağı ehtimalı yüksək əsərlərin pitçinq (sinopsis təqdimatı) mərasimi xüsusi maraq doğurub. Mərasimdə həmyerlimizin «Yetmiş yeddinci gün» romanı da təqdim edilib və böyük rəğbətlə qarşılanıb.

FullSizeRender-28-03-17-11-50.jpeg görüntüleniyor

# 706 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #