Saçlarını oxşadığım müəlliməm

Saçlarını oxşadığım müəlliməm
9 mart 2017
# 15:28

Hüseyn Bağırov

İkinci kursda oxuyurduq. Universitetdə bütün müəllimlərim məni avara, davakar kimi tanıyırdı. Doxsan dəqiqəlik dərsdə bədənim partaya rahat sığmırdı. Dərsə hər gün içkili gedərdim. Gözlərim elə axırdı ki, elə bil səmada ulduz sayrışır. Bir az yazı-pozu ilə məşğulam deyə dostlarım hər gün dərsdən sonra içki məclisinə dəvət edirdilər ki, şair bir yaxşı sağlıq de!

Günü-günə satırdım. Bir müddət sonra dərs otağına yeni müəllim gəldi. Müəllimin sarıya çalan saçlarından payızın qoxusu gəlirdi. Bir baxışdan aşiq oldum. Mənim kimi avara, dəcəl tələbə bu müəllimənin dərsində elə sakit otururdu ki, nəfəsinin səsi də duyulmurdu. Dostlarım da şübhələnirdi. Gözlərimi müəllimin üzərindən çəkə bilmirdim. Elə baxırdım ki, baxışlarımla saçlarını oxşayırdım. Səsi də çox məlahətli idi. Səsi ürəyimin tellərinə toxunaraq əks-səda verirdi. Hətta müəllimimə “çox qəşəng səsiniz var, mənim üçün mahnı oxuya bilərsiniz” demişdim. Bütün qrup qəhqəhə ilə elə güldü ki, elə bil məni cinayət üstündə yaxalayıblar.

Deyəsən, müəllim də şübhələnmişdi. Uzun müddət soruşurdu ki, yaman hüznlü görünürsən, sənə necə kömək edə bilərəm? Bütün sözlərimi baxışlarımla demişdim. Deməyə sözüm də qalmamışdı. Susqun-susqun əyləşirdim. Ürəyimdəki ifadələri susqunluğumdan savayı heç nə anlada bilməzdi. Mənə elə gəlir ki, insan aşiq olanda hər kəsə uduzmaq, hər şeyə məğlub olmaq istəyir.

Kədərim universitetin bütün binasından asılmışdı. Elə asılmışdı ki, o kədəri məndən qeyri kimsə görə bilmirdi.

Bir dəfə müəllimə yaxınlaşıb şəkil də çəkdirdim. Şəkli cibimdə gəzdirirdim. Universitetin geniş çayxanası var. Hər gün lap küncdə əyləşib şəklə baxa-baxa çay içirdim. Kədər ürəyimə yara salmışdı. Bir gün dərsdə müəllim qayıtdı ki, filan ilə qədər soyadım başqa idi, indi yoldaşımın soyadına keçmişəm. Sən demə evli imiş. Söz qılınc kimi girdi ürəyimə. Məni elə bil, Bakı Dövlət Universitetinin doqquzuncu mərtəbəsindən yerə çırpdılar.

# 1085 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #