Yeni şeir növü - ÜÇYARPAQ

Yeni şeir növü - <span style="color:red;">ÜÇYARPAQ
7 mart 2017
# 11:30

Aşıq yaradıcılığında qoşayarpaq adlı bir şeir növü var. On bir hecada yazılan bu şeirin hər misrasında daxili qafiyə olur. Əslən Laçından olan şair-aşıq Adil Cəfakeş bu şeir növünü irəlilədərək üçyarpaq yaradıb. Üçyarpaq da on bir hecada yazılır və bir misrasında iki yox, üç qafiyə olur. Şairin bu günlərdə qələmə aldığı bir üçyarpaq nümunəsini oxuculara təqdim edirik.

Gəl bizə

üçyarpaq

Torpaq qızdı, buz su sızdı, ta yazdı,
Yolu bəzə, gəzə-gəzə gəl bizə.
Şair, yazdı, bu nə nazdı, naz azdı,
Ay Gülüzə, bir çıx üzə, gəl bizə.

Gör nə göyçək durub tək-tək o birçək,
Bir sığal çək, eyləmə şəkk bu gerçək.
Dur ay mələk, çəməndə sək turac tək,
Süzə-süzə, üzə-üzə gəl bizə.

Sənsiz ustad yesə də cad, yoxdu dad,
Etmə inad, sevinər yad, əsər bad.
Ay pərizad, bir eylə yad olum şad,
Güc ver dizə, nur ver gözə, gəl bizə.

Axşam-sabah çəkirəm ah, eyvallah,
Kimdi pənah, oldum agah, bismillah.
Adilə şah, etmə günah sən Allah,
Dönüb təzə bir nərgizə gəl bizə.

# 1202 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #