Bakıda kimin heykəli qoyulsun? - SORĞU

Bakıda kimin heykəli qoyulsun? - <span style="color:red;">SORĞU
3 mart 2017
# 12:00

M.Müşfiqin heykəli ilə bağlı baş verənlər bu mövzunu xeyli gündəmə gətirdi. Bildiyiniz kimi, Bakıda tək Müşfiqin yox bir çox görkəmli şəxsiyyətlərin heykəlləri ucaldılıb. Ancaq elələri var ki, yaddan çıxıb. Bəs bizim tanınmış ədəbiyyat adamları hansı mədəniyyət xadiminin heykəlinin qoyulmasını istəyərdilər? Kulis.az bu barədə sorğunu təqdim edir.

Image result for nizami cəfərov

Nizami Cəfərov

- Bakıda incəsənət xadimlərinin demək olar ki, hamısının heykəli var. Fikirləşirəm, bu dəqiqə hansının yoxdur, ağlıma elə biri gəlmir.

Image result for Anar rzayev

Anar

- İncəsənət xadimlərinin hansının heykəlinin qoyulmalı olduğunu desəm, çox uzun bir siyahı alınar. Birini deyəcəm, o biri yaddan çıxacaq.

Image result for Aqil Abbas

Aqil Abbas

- Vaqif Mustafazədinin heykəlinin qoyulmasını istəyərdim. Çox böyük şəxsiyyət idi. Azərbaycanın ən böyük sənətkarlarından biri...

Image result for seyran səxavət

Seyran Səxavət

- Vallah ciddi məsələ kimi baxmadığımdan ürəyimdən nəsə demək keçmir. Kiminsə yubileyində ona heykəl qoyulacağı vəd ediləcək, edilməyəcək. Bunlar mənasız şeydir.

Image result for səfər alışarlı

Səfər Alışarlı

- Məncə, incəsənət xadimləri arasında xüsusi abidəyə layiq olanlara müxtəlif heykəllər qoyulub. İstərdim ki, biz xalq və dövlət olaraq, məsələn, “Yallı” abidəsini və yaxud ümumiləşdirilmiş “Muğam” abidəsini istedadlı şəkildə ucaltmağı bacaraq.

Image result for isa həbibbəyli

İsa Həbibbəyli

- Bir çox incəsənət xadiminin heykəlinin qoyulmasını istəyərdim. Düzdü, Bakıda görkəmli şəxsiyyətlərimizin əksəriyyətinin möhtəşəm abidələri qoyulub. Ancaq heykəli olmayan görkəmli incəsənət nümayəndələrimiz də var. Mən Bakıda Cəlil Məmmədquluzadənin heykəlinin qoyulmasını istərdim. Düzdü, Nizami muzeyinin foyesində büstü var, ancaq ayrıca heykəl qoyulmasını arzu edərdim. Cəlil Məmmədquluzadənin Naxçıvanda heykəli var, Mirəli Mirqasımov sənətkarlıqla hazırlayıb həmin heykəli. Bakıda da böyük sənətkarımızın heykəli qoyulsa çox gözəl olardı. Eyni zamanda Səttar Bəhlulzadənin də heykəlinin qoyulmasını arzu edərdim. O da bizim böyük sənətkarlarımızdan biridir.

Image result for intiqm qasımzadə

İntiqam Qasımzadə

- Sənət adamlarından bütün layiq olanların heykəli qoyulsun. Qoy şəhərimiz heykəllər şəhəri olsun. Burda pis bir şey yoxdur. Mənim ağlıma ilk gələn Yusif Səmədoğludur. Onun heykəlinin qoyulmasını istəyərdim.

Image result for iradə musayeva

İradə Musayeva

- Mən Bakıda hansısa incəsənət xadiminə heykəl qoyulmasını istəmirəm. Ümumiyyətlə, heykəl məsələsinə münasibətim birmənalı deyil. Azərbaycan mədəniyyəti, incəsənəti üçün qiymətli olan adamın daşlaşmış, donmuş obrazı ilə deyil, daha başqa yollarla əbədiləşdirilməsini istərdim. Maarifləndirici təbliğatlar, haqqında monoqrafiyalar və s. bu kimi tanıtım... Heykəl məsələsi isə mütləqdirsə, tək-tək adamların deyil, müəyyən zamanın, dövrün qalereyasını yaratmaq olar. Məsələn, 30-cular...faciəli, repressiyalı dövrün incəsənət adamlarının kompozisiyası və ya 60-cılar və s. Yox, lap konkret bir adamın heykəli lazımdırsa Rafiq Tağının heykəlinin qoyulmasını istərdim. Şəxsiyyətinə, yaradıcılığına və faciəli ölümünə görə yox. Zamanımızda sözün cəzasına qoyulan heykəl simvolikasına görə...

Image result for etimad başkeçid

Etimad Başkeçid

- Məncə, YUĞ teatrına gözəl bir bina verib, qarşısında Vaqif İbrahimoğlunun heykəlini qoymaq lazımdır. Bu sənətkar böyük fenomendir, qədrini bilmək gərək.

Image result for qismət rüstəmov

Qismət

- Mən ümumən bu heykəl məsələsinə bir az ayrı cür baxmağın tərəfdarıyam, bizim balaca şəhərimiz üçün heykəllərin sayı kifayət qədərdir, amma illah yeni heykəllər qoyulacaqsa, bəlkə bu dəfə taleyi bizim ölkəmizlə bağlı olmuş, amma burda doğulmayan ədiblərdən kimsə ola bilər, məsələn, Nazim Hikmət. Amma ümumən heykəl qoymaqdansa, ildə bir dəfə yay aylarında baş tutan beynəlxalq miqyaslı ədəbiyyat festivalı təşkil etmək lazımdır, məsələn, Gəncədə, Nizami festivalı.

# 1486 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda Qırğız Mədəniyyəti Günləri  keçiriləcək

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

16:40 20 aprel 2024
Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

16:00 20 aprel 2024
DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

15:00 20 aprel 2024
Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
# # #