Akif Əliyə həsr edilmiş kitab çap olundu

Akif Əliyə həsr edilmiş kitab çap olundu
1 mart 2017
# 17:09

Vaqif Yusiflinin “Akif ƏLİ. Söz adamı” adlı yeni kitabı çap olunub. Kulis.Azın verdiyi məlumata görə, kitab əməkdar jurnalist, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Akif Əlinin yaradıcılığına həsr edilib.

Müəllif Azərbaycan ziyalısının keçdiyi zəngin ömür yoluna nəzər salaraq, onun çoxşaxəli elmi-ədəbi yaradıcılıq fəaliyyətini tədqiq edib. Vaqif Yusifli qəhrəmanının jurnalistlik fəaliyyətindən, ədəbi-tənqidi məqalələrindən, elmi axtarışlarından, roman, hekayə və esselərindən söz açır.

Akif Əlinin 1990-93-cü illərdəki qəzetçilik fəaliyyəti, Azərbaycan gerçəkliyinin müxtəlif problemlərini əhatə edən publisistik məqalələri, Heydər Əliyevin Azərbaycan dövlətinin qurucusu kimi zəhmətindən bəhs edən düşüncələri kitabın ən maraqlı fəsillərindəndir. Xüsusən Akif Əlinin zəngin illüstrasiyalı “Böyük ömrün anları” kitabından ətraflı bəhs edən müəllif Türk dünyasının iki dahi lideri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin Vətən naminə göstərdikləri qəhrəmanlığı, səmərəli və mənalı həyat yolunu işıqlandıran bu dəyərli əsərin yüksək ideya-bədii və mənəvi-əxlaqi əhəmiyyətini vurğulayır.

# 855 dəfə oxunub

Oxşar xəbərlər

Ağır sözlərə məruz qalan aktyordan sərt reaksiya - Foto

Ağır sözlərə məruz qalan aktyordan sərt reaksiya - Foto

12:00 25 aprel 2024
"Ofis"in aktyor heyəti açıqlandı

"Ofis"in aktyor heyəti açıqlandı

12:00 25 aprel 2024
Cəlil Cavanşir oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"

Cəlil Cavanşir oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"

11:30 25 aprel 2024
"Tütək səsi" bədii filmi nümayiş olunacaq

"Tütək səsi" bədii filmi nümayiş olunacaq

11:00 25 aprel 2024
“Qədim incəsənətin şah əsərləri”  sərgisi açıldı

“Qədim incəsənətin şah əsərləri” sərgisi açıldı

10:40 25 aprel 2024
Şayamalanın "Tələ"si - Treyler

Şayamalanın "Tələ"si - Treyler

10:20 25 aprel 2024
#
#
# # #