Uşaq vaxtı sadəlövhcəsinə inandığımız 10 YANLIŞ

Uşaq vaxtı sadəlövhcəsinə inandığımız <span style="color:red;">10 YANLIŞ
23 fevral 2017
# 09:00

Kulis.Az uşaq vaxtı sadəlövhcəsinə inandığımız 10 yanlışı təqdim edir.

Allahı baba simasında təsəvvür etmək – Onda hələ uşaqdıq, elə bilirdik ki, göy üzündə bir yaşlı kişi var, hər hərəkətimizə göz qoyur, bizi izləyir. Qaranlıq çökəndə bu yaşlı kişinin təsvirinə bir detal da əlavə olunurdu: uzun qara saqqalı olduğunu düşünürdük və ona “baba” deyirdik.

Müəllimlər çörək yeməz – Uşaq üçün böyüklərin siması saf və təmiz olardı. Elə bilərdik ki, müəllimlər yemək yemir, pijama geyinmir, tualetə getmir. Bizim dəyişməyən müəllim obrazımız vardı. Cəbiş müəllimdən də təmiz müəllim obrazı.

Filmlərin real olduğuna inanmaq – O filmlərdə çəkilən qəhrəmanlar sən demə, aktyorlarmış, rola girirlərmiş. Bizi aldadıblarmış. Sən demə, filmdə ölənlər həqiqətən ölmürmüş. Sən demə, o qəhrəmanlar özləri deyilmiş.

Uşaqları hacıleylək gətirir – Biz ata və anamızı ər-arvad kimi yox, yaxın iki tanış hesab edərdik. Necə yarandığımızı soruşardıq, hər dəfə ayrı cavablar alardıq. Amma inanardıq ki, bizi hansısa leylək dimdiyində gətirib yaşadığımız evin eyvanına atıb.

Şaxta Baba – O ağ saqqalı kişi mövcuddur. Gecə yatmayacağıq. Gözləyəcəyik. Ağ saqqalı kişi bizə hədiyyələr gətirəcək. Uşaqların dostudur, o. Heç kimi aldatmırdı. Ağ saqqalı, qırmızı paltarı bizə sevimli gəlirdi.

Cin, mələk, divlərə, pərilərə, qulyabanilərə gerçək sanmaq – Niyə də yox? Ana deyir ki, yeməyini yeməsən bu saat cin gələcək. Doğurdan da gələr birdən. Gecə tək yatmaq olmaz belə anlar, gərək ata ilə ananın çarpayısına qonaq gedəsən.

Ağ-qara filmlərə baxanda filmin çəkildiyi dövrləri də rəngsiz, ağ-qara sanmaq – Yalan danışmaz axı heç kim. Kitabda yazılanlar da doğrudur, filmdəkilər də. Ağ-qaradırsa, deməli onların yaşadıqları yerlər də ağ-qara rəngə boyanıb.

Hündür binaların başına çıxıb göyqurşağına əllə toxunmaq – Hər şey əlçatandır. İstədiyimiz yerə gedə bilərik. Təki atamız aparsın.

Atanı hamıdan güclü hesab eləmək – Ondan güclüsü yoxdur bu dünyada. Heç kim atamızı yıxa bilməz. Həyatımızın tək qəhrəmanı atamızdır.

Duet oxuyan müğənniləri ər-arvad hesab eləmək – Yoxsa niyə bir yerdə əllərinə mikrofon alıb oxusunlar ki? Yəqin bir-birilərini sevirlər, bir yerdə yaşayırlar. Ona görə belə gözəl alınır duetləri...

# 2556 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
Gəncədə yeni kitab evi istifadəyə verildi

Gəncədə yeni kitab evi istifadəyə verildi

10:40 20 aprel 2024
# # #