Cəbiş müəllimin arvadının xəyanət görüntüləri - FİLMDƏN KƏSİLƏN YER

 

Kulis.Az üç il əvvəl “Bizim Cəbiş müəllim” filminin sonluğu barədə kino kuluarlarında gəzən söhbətləri xəbərləşdirmişdi. Həmin yazını buradan oxuya bilərsiz.

 

Deyilənə görə “Bizim Cəbiş müəllim” filmi belə bitməməliymiş. Cəbiş müəllimin arvadı alverçi qonşusu Əbülfəz ilə Cəbiş müəllimə xəyanət edir. Bu xəyanəti görən Cəbiş müəllim isə könüllü cəbhəyə yollanır və film onun ölümü ilə başa çatır. 

 

 

Filmin ssenari müəllifi, Xalq yazıçısı Maqsud İbrahimbəyov bu iddiaları təkzib edərək filmin məhz onun yazdığı kimi bitdiyini deyirdi.

 

Lakin dünən tədqiqatçı Füzuli Sabiroğlunun Youtubeyə yüklədiyi bir video bu köhnə şaiyəni yenidən aktuallaşdırır.

 

Belə ki, aşağıda təqdim olunan kadrda Sovet dövrü üçün intim sayıla biləcək bir səhnə çəkilib. Hələ bu azmış kimi, həmin səhnədan anons məqsədi ilə də istifadə olunub. Lakin həmin səhnə filmə salınmayıb.

 

Kulis.Az həmin səhnəni təqdim edir.

 

 

 

 

 

 

LENT

21 Noyabr 2017
20 Noyabr 2017
19 Noyabr 2017
18 Noyabr 2017
17 Noyabr 2017