Akademik Milli Dram Teatrında “Çippolino” tamaşası hazırlanır

Akademik Milli Dram Teatrında “Çippolino” tamaşası hazırlanır
10 fevral 2017
# 16:45

Akademik Milli Dram Teatrında məşhur italyan yazıçısı və jurnalisti Canni Rodarinin “Çippolino” əsəri əsasında eyniadlı tamaşa hazırlanır. Teatrın mətbuat xidmətindən Kulis.az verilən məlumata görə tamaşa Çingiz Ələsgərovun yeni səhnə redaksiyası əsasında ərsəyə gələcək.

Səhnə əsərinin rejissoru və musiqi tərtibatçısı Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyeva, rejissor assistentləri Nərmin Həsənova və Firuzə Balayevadır.

Tamaşada aktrisa Xədicə Novruzlu (Çippolino), əməkdar artistlər Əlvida Cəfərov (Ata Soğan), Mirzə Ağabəyli (Usta Kudu), Məzahir Cəlilov (Üzüm əmi), Rüstəm Rüstəmov (Sinyor Pomidor), aktyorlar Cümşüd Zeynalov və Elnar Qarayev (Vəliəhd Limon), Rəşad Bəxtiyarov (Professor Armud), Dilarə Nəzərova (Qaragilə), əməkdar artistlər Mehriban Xanlarova və Sevinc Əliyeva (Albalılar), aktyorlar Ramin Şıxəliyev (Kaktus), Vüsal Mustafayev (Qraf Albalı), Vüsal Xaliqoğlu (Xəfiyyə Yerkökü), Ümman Budaqov (I Limon), İmran Qurbanov (II Limon) çıxış edəcəklər.

Tamaşanın premyerası mart ayında keçiriləcək.

Qeyd edək ki, Canni Rodari “Çippolinonun macəraları” kitabı ilə dünya şöhrəti qazanıb.

Tezliklə populyarlaşan bu əsərə 1961-ci ildə ilk cizgi filmi, 1973-cü ildə isə “Çipollino” nağıl-filmi çəkilib.

# 1037 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #