Bu qadın pulla kişilərin yatağına girir, amma...

Bu qadın pulla kişilərin yatağına girir, amma...
7 fevral 2017
# 11:52

Rusiya vətəndaşı 21 yaşlı Viktoriya İvaçova özgə yataqlarında yatmağa görə 80 dollar əldə edir. Ağlınıza başqa şey gəlməsin, burda seksual yaxınlıq yoxdur, qadının məqsədi kişilərin yatağını isitməkdir.

Viktoriya İvaçova ilk dəfə qəribə bir peşə yaradıb. Onun peşəsini belə izah edə bilərik: kişilərin yatağını isitmək. Bu işi Viktoriya peşəkarcasına görür və kişilər onun xidmətindən məmnundur.

İvaçova kişilərin yatağında bir saat qalır və bunun qarşılığında 80 dollar alır. Bu vaxta qədər İvaçovanın dili ilə desək, yataq lazımı qədər qızır. İvaçovanın işi bitir, müştəridən pulu alır və gedir...

Bu xidmətə heç bir əlavə yoxdur. Hansısa fiziki təmasdan, seksual yaxınlıqdan söhbət gedə bilməz. Müştərilər qadını zorlamaq istəyərsə, seksual təzyiq edərlərsə İvaçovanın əlindən düşməyən telefon imdadına çatacaq. Təcili düyməsinə basılan kimi qoruyucular İvaçovanı xilas edəcək.

İvaçovanın işi kişilərin rahat yatmağını təşkil etməkdir. Müştəri onu yuxuya gedəcəyi vaxt çağırır. Heç bir kişi soyuq, buz kimi çarpayıda yatmaq istəməz axı. Həm də gözəl bir qadınla söhbət edə-edə yuxuya getmək yəqin ki, dünyanın ən gözəl xoşbəxtliyidir. İvaçova buna görə də müştərinin qabağına pijamada çıxır, gəlib onun yanına uzanır və səbirlə kişinin danışdıqlarını dinləyir. Bəli, İvaçovanın işi ancaq bundan ibarətdir: yatağı qızdırmaq və səbirlə dinləmək. Müştəri onun dinləmədiyini hiss etməməlidir. İvaçova buna görə də çox diqqətli olmalı və gözlərini müştərisinin gözlərindən ayırmamalıdır. Kişilərin dərdlərini, problemlərini İvaçovaya danışmağı onları bir az olsun rahatladır. İvaçovanın onları dinləməsi bir növ psixoterapiyaya bənzəyir.

21 yaşlı İvaçova bu işi sayəsində bir çox kişini depressiv haldan uzaqlaşdırdığını söyləyir. Yalnız kişi müştərilərə xidmət göstərən İvaçova deyir ki, qadınlar istəyərsə, onların da yatağını isitməyə hazırdır.

# 802 dəfə oxunub

Oxşar xəbərlər

Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

15:00 25 aprel 2024
Con Lennonun itmiş gitarası tapıldı

Con Lennonun itmiş gitarası tapıldı

15:00 25 aprel 2024
“Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı oldu

“Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı oldu

14:30 25 aprel 2024
Söyüşlü filmlərdən zövq alan tamaşaçı - Xalq artistləri niyə narazıdır?

Söyüşlü filmlərdən zövq alan tamaşaçı - Xalq artistləri niyə narazıdır?

14:00 25 aprel 2024
Prezident İlham Əliyev Pənahəli xanın sarayı və İmarət kompleksində

Prezident İlham Əliyev Pənahəli xanın sarayı və İmarət kompleksində

13:48 25 aprel 2024
"Dedpul" filminin yeni treyleri - Video

"Dedpul" filminin yeni treyleri - Video

13:30 25 aprel 2024
# # #