Ən sadə yolla yazmağı necə öyrənməli?

Ən sadə yolla yazmağı necə öyrənməli?
6 fevral 2017
# 12:45

Kulis.az Natali Qoldberqin "Maşını yeyən insan" kitabından, yazıçı üçün mövzu axtarışına həsr edilmiş hissəni ixtisarla təqdim edir.

Bəzən biz stol arxasında əyləşirik və nə yazacağımızı bilmirik. Ağ vərəq bizi qorxudur və on dəqiqə boyunca dəfələrlə "mən bilmirəm nə deyim", "mən bilmirəm nə deyim" yazmaq isə sadəcə darıxdırıcıdır. Belə vəziyyətdə köməyinizə nə vaxtsa ağlınıza gələn ideyaları, mövzuları yazdığınız dəftəriniz gələrdi.

Bu, haradasa eşitdiyiniz maraqlı bir cümlə ola bilər.

Bu, qəfildən yada düşən xatirə ola bilər: sizin babanızın qoyulma dişi, keçən yay burdan uzaqdakı yasəmən qoxusu, səkkiz yaşında rəngli ayaqqabılarda özünüzü necə hiss etməyiniz...

Bu, hər şey ola bilər!

Ağlınıza nəsə gələn kimi, hər dəfə siyahiya əlavə edin. Əyləşib nədən yazacağınızı bilmədikdə, sadəcə siyahıdan istənilən mövzunu seçəcək və işə başlayacaqsınız.

Belə siyahının tərtib edilməsi öz-özlüyündə faydalıdır. Onun sayəsində siz gündəlik həyatınızda mövzular görməyə başlayırsız, çünki onlar sizin həyat və onun canlı fakturası ilə münasibətlərinizdən yaranır.

Əgər siz yazmağa əyləşəndə ağlınıza startda çox dayanmq imkanı versəniz, fikirlərinizin hərəsi bir yana dağılışacaq və heç nə yaza bilməyəcəksiz.

Siyahi bir də ona görə faydalıdır ki, o, sizə yazı prosesini tez başlamağa və düşüncələrinizə yol açmağa yardımçı olur. Yazarkən özünüz təəccüblənəcəksiniz ki, seçdiyiniz mövzu sizi haralara gətirib çıxarıb. Bu, çox gözəldir. Siz mətnin yaranışına nəzarət etməyə çalışmamalısınız. Nəzərdə tutduğunuz yoldan kənara çıxmağa qorxmayın. Əsas odur ki, irəli hərəkət edin.

Nə qədər ki, şəxsi siyahınız yoxdur, mən sizə bir neçə ideya təklif edə bilərəm.

Image result for yazmak

1. Pəncərənizdən düşən işıq haqqında danışın.

Əyləşin və başlayın. Qoy sizi o narahat etməsin ki, çöldə gecədir, pərdələriniz bağlıdır, içəri işıq buraxmır, yaxud siz şimal şəfəqi haqqında yazmağı üstün tutursunuz, sadəcə yazın. On-on beş dəqiqə və ya yarım saat ərzində dayanmayın.

2. "Mən xatırlayıram" sözlərindən başlayın.

İstənilən xırda xatirələri yazın. Əgər üzə daha böyük bir şey çıxacaqsa, bu haqda yazın. Dayanmayın. Vacib deyil bu beş saniyə və ya beş il əvvəl olub. O şeylər ki, indi baş vermir, onlar sizin mətnin yaranma prosesində dirilən xatirələrdir. Əgər birdən ilişdinizsə, "mən xatırlayıram" sözünü təkrarlayın və yazmağa davam edin.

3. Sizə müsbət və ya mənfi hisslər bəxş edən nəyisə götürün və onun haqqında elə yazın ki, sanki onu sevirsiniz.

Bacardığınız qədər davam edin,sonra səhifəni çevirin və bu dəfə onun haqqında nifrət edirmişsiniz kimi yazın.Sonda isə neytral olmağa cəhd edin.

4. Bir rəng seçin, məsələn çəhrayı, sonra on beş dəqiqəlik gəzintiyə çıxın.

Yol boyu bütün çəhrayı rəngdə olan şeylərə nəzər yetirin. Öz dəftərinizə qayıdın və on beş dəqiqə yazın.

5. Müxtəlif yerlərdə yazın.

Məsələn, çamaşırxanada paltaryuyan maşınların ritminə tabe olaraq, avtobus dayanacağında və ya kafedə... Ətrafınızda olan hamını və hər şeyi təsvir edin.

6. Səhərinizi təsvir edin.

Necə yuxudan oyanırsınız, səhər yeməyi yeyirsiniz, avtobusla gedirsiniz. Bacardığınız qədər ətraflı yazın. Tələsməyin və səhərinizin bütün təfərrüatlarını yenidən yaşayın.

7. Çox sevdiyiniz bir məkanı təsəvvür edin.

Xəyalən ora keçin və ən axırda şeylərə belə nəzər yetirin. İndi bu haqda yazın. Bu sizin yataq otağınızın bir küncü, bütün yayı kölgəsində oturduğunuz köhnə ağac, "Mcdonalds”dakı qonşu masa, çay qırağındakı sərin yer və sairə ola bilər. Ordakı səslərdən, rənglərdən, qoxulardan danışın. Elə yazın ki, bunu oxuyan özünü asanlıqla orda hiss edə bilsin. Hiss etsin ki, siz o yeri necə çox sevirsiniz, amma o bunu sizin detallara incə münasibətinizin sayəsində duysun.

8. Çıxıb getmək haqqında yazın.

Bu mövzuya istədiyiniz tərəfdən yanaşa bilərsiniz. Boşanmanızla bağlı da yaza bilərsiniz, səhər evdən çıxıb getməyiniz barədə də, yaxın dostunuzun vəfatı haqqında da.

9. Poeziya toplusunu götürün.

Düşünmədən hər hansı bir səhifəsini açın, istənilən sətri oxuyun, onu yazın və ondan təsirlənərək davam edin. Göndərmə nöqtəsi kimi, böyük sətir sizə "hündürlük yığmağa" kömək edəcək. Sesar Valexo yazırdı: "Parisdə öləcəyəm, yağışda... Cümə axşamı öləcəyəm". Davam edin, "Bazar ertəsi, saat on birdə öləcəyəm", "Cümə günü günorta saat üçdə, Cənubi Dakotada traktor sükanı arxasında, Bruklində çərəzlər mağazasında və s." Əgər dalana girsəniz,birinci sətri yenidən köçürün və başlayın. Birinci sətrin təkrarı sizə yeni təkan almağa və istiqamət götürməyə imkan verəcək. "Mən ölmək istəmirəm; nə Parisdə, nə Moskvada..."

10. Özünüzü daxilən hər hansı bir heyvana bənzədirsinizmi?

Ola bilər, içinizdə inək, dələ, tülkü və ya at yaşayır? Mətnlər üçün şəxsi material və mövzular yığmağa başlayın. Bu çox faydalı təcrübədir.

Tərcümə edən: İslam Qasım.

# 832 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #