Nisbilik nəzəriyyəsi Eynşteynin kəşfi deyilmiş

Nisbilik nəzəriyyəsi Eynşteynin kəşfi deyilmiş
1 fevral 2017
# 12:53

Edison “hər hansı bir şey haqqında bildiyimiz gerçəyin milyonda biri qədərdir” deyəndə bəlkə bir az ifrata varırdı.

Amma bilmədiklərimiz bir yana dursun, səhv bildiklərimiz necə?

Con Lloyd və Con Mitçinsonun imzası ilə çap olunan “Cahilliklər kitabı” (The Book of General İgnorance) səhv bildiyimiz gerçəkləri bizə açıqlayır.

Kulis.Az bu kitabdan seçmələri təqdim edir.

Nisbilik nəzəriyyəsini ilk dəfə kim kəşf edib?

Çoxumuzun Eynşteyn deyə bilirik, ancaq belə deyil.

1632-ci ildə Qalileo Qaliley “Dünyanın iki əsas sisteminə dair dialoq məqaləsində” ilk dəfə Nisbilik nəzəriyyəsinin adını çəkmişdi.

Əvvəlcə gəlin öyrənək: Nisbilik nəzəriyyəsi nədir?

Bu nəzəriyyə e.ə IV əsrdə Aristotel tərəfindən kəşf edilən “hərəkət” nəzəriyyəsi ilə üst-üstə düşür. Hərəkət nəzəriyyəsində hər cismin təbii halının olduğunu deyilir. Aristotelə görə, sükunət təbii haldır.

Hər bir cismin səciyyəvi xüsusiyyəti ətalətdir, yəni hərəkətsizlik, sabitlik. Cismin başqa birinə toxunmadığı zaman öz əvvəlki vəziyyətində qalır.

Nisbilik nəzəriyyəsi bütün cisimlərin hərəkətinin bir-birlərinin hərəkətinə bağlı olduqlarına və onların bizə hərəkətsiz görünməyinin, tamamilə qavrayışımızla bağlı olduğunu göstərir.

Nəzəriyyənin davamında isə bir cismin sürətinin ölçülə bilməməsinin mümkün olmadığı, bunun sadəcə başqa bir şeyə nəzərən ölçülməsinin mümkün olduğu bildirilir.

İtalyan filosof Qalileo Qaliley müasir fizikanın qurucularından biridir. Dünyanın günəş ətrafında fırlanmağı haqqındakı nəzəriyyənin müəllifi Kopernikə dəstək verməyi ilə məşhurdur.

Katolik kilsəsi ona qarşı çıxmışdır. Qalileo isə öz ideyalarından əl çəkməyib və kilsədən qorxmayıb. Kilsə 1992-ci ilə qədər Qalileonun günəş sistemi haqqındakı fikirlərini qəbul etməyib.

Qalileonun ən çox mübahisə doğuran fikri bu idi: yer kürəsindəki qabarma və çəkilmələrin dünyanın öz ətrafında fırlanmağı ilə əlaqəli olduğunu söyləmişdi. Ağ dəniz və Qırmızı dənizdə qabarma və çəkilmənin daha çox olduğunu müşahidə etmiş və bunu dünyanın fırlanmağının səbəbimi dənizin çalxanması ilə əlaqələndirmişdi. Qaliley göstərmişdi ki, sükunət bərabərsürətli düzxətli hərəkətlə eynidir.

Abert Eynşteyn Qalileonun nisbilik nəzəriyyəsindəki nöqsanları üzə çıxarmışdır. Ya da dəqiq desək, xüsusi vəziyyətlərdə nəzəriyyə çökmüşdür.

Eynşteynin 1905-ci ildə yazdığı “Hərəkət edən cismlərin elektrodinamikası haqqında” məqaləsi Xüsusi Nisbilik Nəzəriyyəsindən bəhs edən ilk çalışmadır. Məqalədə işıq sürətinə yaxın sürətdə hərəkət edən cisimlərin xüsusiyyətləri tərif edilirdi.

Ümumi Nisbilik Nəzəriyyəsi haqqında isə 10 il sonra, yəni 1915-ci ildə məlumat verildi.

Amerika adı Vespuççidən götürülməyib! - CAHİLLİKLƏR KİTABI

Amerikadakı dəvələr niyə ölüb?- CAHİLLİKLƏR KİTABI

Şirləri və köpək balıqlarını öldürən bu heyvanı tanıyırsızmı? – CAHİLLİKLƏR KİTABI

II Yekaterina necə ölüb? – İki yüz illik at yalanı

Neron: Ana qatili, seks fetişisti-ROMANI O YANDIRMAMIŞDI

Napoleonun ən alçaldıcı məğlubiyyəti – DOVŞAN MƏSƏLƏSİ

Bəkarət kəməri: Əvvəllər qadağa, indi seks aləti

Buqələmunların rəng dəyişməsinin sirri – MÜHİTLƏ BAĞLI DEYİLMİŞ

Dəccalın simvolunu Engels tapıb?

# 1690 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #