Tramp İran rejissorunu ABŞ-a buraxmayacaq

Tramp İran rejissorunu ABŞ-a buraxmayacaq
30 yanvar 2017
# 12:49

Bu il “Oskar”a namizədliyi irəli sürülən İran filminin rejissoru Əsgər Fərhadi ABŞ-a buraxılmayacaq. APA-nın “kloop.kg”a istinadən verdiyi xəbərə görə, bu barədə İran-Amerika Şurasının sədri Trit Parsi özünün “Twitter” səhifəsində yazıb.

Ə. Fərhadi ABŞ prezidenti Donald Trampın imzaladığı fərmana əsasən ABŞ-a buraxılmadığı üçün rəsmi mərasimdə iştirak etməyəcək.

İranlı rejissorun filmi sayca 89-cu “Oskar”ın təqdimetmə mərasimində “Xarici dildə ən yaxşı film” nominasiyasında bu mükafata namizəd göstərilib.

ABŞ Kino Akademiyasının üzvləri iranlı kinorejissorun ölkəyə buraxılmamasını narahatedici fakt kimi qiymətləndiriblər.

Ə. Fərhadi “Oskar”, ”Qızıl ayı”, ”Qızıl Qlobus“ laureatı və BAFTA mükafatının nominantıdır.

Qeyd edək ki, Donald Tramp Suriya, İraq, İran, Liviya, Sudan, Somali və Yemən vətəndaşlarının 90 gün ərzində ABŞ-a girişinə qadağa qoyub.

# 2054 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

Ermənistan bayrağını niyə yandırmaq olmaz? - Ülvi Bahadır

15:00 25 aprel 2024
Con Lennonun itmiş gitarası tapıldı

Con Lennonun itmiş gitarası tapıldı

15:00 25 aprel 2024
“Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı oldu

“Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı oldu

14:30 25 aprel 2024
# # #