Xilqətin sirri gecə zülmətinə bənzər – Taqorun aforizmləri

Xilqətin sirri gecə zülmətinə bənzər – <span style="color:red;">Taqorun aforizmləri
28 yanvar 2017
# 21:00

Kulis.az Rabindranat Taqorun aforizmlərini təqdim edir.

Külək şair kimidir – dənizlərin, meşələrin üzərində uçub, öz səsini axtarır.

Yaxşılıq etməyən istəyən adam bağlı qapıları döyər; sevən adamın isə üzünə bütün qapılar açıqdır.

Xilqətin sirri gecə zülmətinə bənzər, - sonsuzdur.

Uçurumun yalnız dərinliyinə aldanıb, öz eşqini ona etibar etmə!

Sən özünün nə olduğunu görə bilmirsən; gördüyün şey yalnız kölgəndir.

Fənərini arxasında gəzdirən adam öz önünə kölgə salır.

Varlığım mənim üçün möcüzədir: həyat da elə budur ki var!

İstirahət zəhmətindir – göz qapağı gözün olduğu kimi.

İnsan fitrətən körpədir: onun qüdrəti böyüməyindədir.

Ey qadın! Sən öz ev işlərinlə məşğul olanda əl-ayaq səslərin xırdaca daşlar arasından axan dağ irmağının nəğməsi kimi xoşdur.

Sən gülümsünə-gülümsünə mənimlə eləcə danışdın. Mən anladım ki, uzun müddətdən bəri gözlədiyim elə bu dəqiqə imiş.

Ulduzlar əsla qorxmurlar ki, onları işıldayan böcəklərə bənzədən ola bilər.

İti, amma məhdud ağıl hər addımda irəli can atar, amma irəliləyə bilməz.

Həyat bizə müftə verilir, biz onu ödəyəndə ona ləyaqət qazanırıq.

Sərçənin tovuz quşuna yazığa gəlir ki, elə ağır quyruğu var.

Saflıq – məhəbbətin bolluğundan yaranmış bir sərvətdir.

Duman qəlbdəki məhəbbətə bənzər; təpələrin arasında oynaşıb, onlarda gözlənilməz gözəlliklər yaradır.

Quşa elə gəlir ki, balığı havaya qaldırmaq yaxşılıq etməkdir.

# 859 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #