Psixoloqlar Dəyanət Rzayevin intiharından danışdılar - SORĞU

Tanınmış psixoloq Dəyanət Rzayevin intiharı sosial şəbəkələrdə geniş reaksiyalar yaradıb.

 

İnsanların dərdini danışdığı, depressiyadan xilas olmaq üçün müraciət etdiyi bir sənət sahibinin intiharı cəmiyyətə necə təsir edir?

 

Kulis.Az bu barədə psixoloqlardan münasibət öyrənib. Cavabları təqdim edirik.  

 

Elnur Rüstəmov

 

Image result for elnur rüstəmov wikipedia

 

- Əlbəttə, cəmiyyət bu cür hadisəni qəribə qarşılayır. Psixoloq insanı çətinlikdən çıxarır, depressiyadan xilas edir, intihar hallarında kömək əlini uzadır. Ancaq bir şeyi nəzərə almaq lazımdır; psixoloq hər şeydən öncə insandır. Bunu göz önünə gətirmək lazımdır.  Emosional yanma sindromu deyilən bir şey var. Psixoloqun da gərgin, narahat olduğu saatlar olur. Dəyanət bəy də həyat yoldaşından təzəcə ayrılmışdı, bir müddət özünə qapanmışdı. Ona dəstək olmalı idik. Ümumiyyətlə, dünyada psixoloqun da özünün psixoloqu var. Və bu bizdə də olmalıdır. Bir anlıq düşünək - onkoloq onkoloji xəstəlikdən həyatını itirə bilər. Yaxud da bir həkim hansısa xəstəlikdən ölə bilər. Həyatdır bu. Heç kim sığortalanmayıb. Bu cür düşüncə yanlışdır ki, psixoloq necə intihar edə bilər? Bu aspektdən yanaşanda hadisə müxtəlif istiqamətlərə gedib çıxır. Psixoloqun intiharını siyasiləşdirirlər. Bu doğru deyil. Ümumiyyətlə, bu cür yanaşma yanlışdır. Doğrudur, bütün hallarda psixoloqun intiharı yaxşı hal deyil, ancaq buna başqa bir don geyindirmək olmaz. Dəyanət bəy emosional adam idi. Psixoloq olsa da neqativ düşüncələrdən xilas ola bilmirdi. Və o düşüncələrin qurbanı oldu. 

 

Vəfa Əkbər

 

Image result for Vəfa Əkbər

 

- Öncə onu deyim ki, insanlara etiket asmayaq, o psixoloqdan əvvəl insandır və hər insan individual psixikaya malikdir. Hər bir insanın intiharı bədbəxt hadisədir, əlbəttə ki, bu cəmiyyətə pis təsir edir.

 

Orxan Fərəcli

 

 

Image result for orxan fərəcli

 

- İntihar insanın kimliyindən asılı olmayaraq intihardır. Amma təbii ki, cəmiyyətdə tanınan bir adamın intihar etməsi daha böyük rezonans doğuracaq. Çünki onun təsir dairəsi digərləri ilə müqayisədə daha çoxdur. Psixoloq da digər insanlar kimi intihar edə bilir. Hətta mən bu barədə bir yazı da yazmaq fikrindəyəm. Dünyada psixoloqların intiharı statistikaya görə daha çoxdur. Mən statistika üzərindən araşdırma aparacam. Məsələn, elə bu yaxınlarda mənim dostum, Türkiyənin tanınmış psixiatrı Mustafa Ünalmış özünü güllə ilə vurmuşdu. Bu depressiyadır. Biz daha çox depressiya hallarında intiharla rastlaşırıq. Depressiya da ixtisasa baxmır.

 

LENT

21 Mart 2019
20 Mart 2019
19 Mart 2019
18 Mart 2019
17 Mart 2019
16 Mart 2019