Tolik: “Seymur Baycan mənə kitab göndərsə dəstək olaram”

Tolik: “Seymur Baycan mənə kitab göndərsə dəstək olaram”
25 yanvar 2017
# 13:57

Tanınmış prodüser Tarix Əliyev Lent.Az-ın Facebook səhifəsinin canlı yayımında qonaq olub. Canlı yayımda bir çox suallara cavab verən prodüser yazıçı Seymur Baycanın ona ünvanladığı açıq məktuba da münasibət bildirib. O, S.Baycanın yazdığından heç nə anlamadığını deyib:

“Seymur Baycanın məktubunu iki dəfə oxudum, heç nə anlamadım. Görünür, Seymur Baycan mənə məktubu ona görə ünvanlayıb ki, qızım sənə deyirəm, gəlinim sən eşit. Yəni mənə dediklərini başqa adamlara bildirib. Əslində mən Seymur Baycana köməklik eləmək istəyirdim. Çünki o, iki il əvvəl haqqımda yazmışdı ki, mənim yaşadığım evə bax, Tolikin yaşadığı evə. Mən onda Seymura cavab qaytarmadım. Dedim, Allah sizə bundan da gözəl ev qismət eləsin. Seymur Baycanı şəxsən tanımıram. Heç kitablarını da oxumamışam. Mənə öz kitablarını göndərsə oxuyaram. İstədim ki, ona kömək edim. Amma demişdim, onun yazdığı kitabda dövlətimizin əleyhinə bir şey olmasın. Çünki mən bu dövlətin siyasətini dəstəkləyirəm. Mən rahat yaşayıram, vergimi də verirəm. Seymura da maddi dəstək olmaq istəyirdim. Sonra onların dostları çıxdı ki, Tolik kimdir, biz özümüz Seymura kömək edərik. Amma onu deyim ki, Seymur o kitabı mənə göndərsə, səhifəmdə paylaşaram, satışı üçün dəstək olaram. İndi Gürcüstanda yaşayır bildiyim qədəri ilə. Bakıya gəlsə, şəhərin mərkəzində bir yerdə onun oxucuları ilə tədbir keçirməyinə kömək edərəm.”

# 896 dəfə oxunub

Oxşar xəbərlər

Zərdabinin layiqli davamçıları - saytlarımız və "yüzüncü meymun"

Zərdabinin layiqli davamçıları - saytlarımız və "yüzüncü meymun"

16:00 23 aprel 2024
Dirijor Faiq Sadıqovun vəziyyəti açıqlandı

Dirijor Faiq Sadıqovun vəziyyəti açıqlandı

15:35 23 aprel 2024
Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi

15:00 23 aprel 2024
Gəncə Filarmoniyasında "Üzbəüz" layihəsi təqdim olundu

Gəncə Filarmoniyasında "Üzbəüz" layihəsi təqdim olundu

14:30 23 aprel 2024
“Qonaq Teatr”  layihəsi çərçivəsində növbəti tamaşa

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

14:00 23 aprel 2024
Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı  keçiriləcək

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

13:30 23 aprel 2024
#
#
# # #