Elm rəssamları necə ifşa edir? VAN QOQDAN REMBRANTA QƏDƏR

Elm rəssamları necə ifşa edir? VAN QOQDAN REMBRANTA QƏDƏR
23 yanvar 2017
# 16:50

İncəsənət tarixinin çox böyük sirləri var. Onların bir çoxu yaxın vaxtlara qədər məlum deyildi. Amma alimlər fizika, kimya və biologiyanın yeni metodları əsasında bu müəmmaların çoxuna cavab tapırlar. Kulis.az elmin müdaxiləsi nəticəsində sirri açılmış incəsənət nümunələrini təqdim edir.

Qamış bölgəsi və əbədiliyin sirri

Son 10-15 ilin ən əhəmiyyətli arxeoloji-kulturoloji kəşflərindən biri balzamlama (mumiyalama) məlhəminin tərkibinin açılması olub. Misir fironlarının cəsədini “Qamış bölgəsi”nə - misirlilərin cənnətinə göndərməmişdən qabaq mumiyalayırdılar. Mumiyaların bu günə qədər yaxşı qalmasına imkan verən məhlulun tərkibini britaniyalı iki məşhur kimyaçı və arxeoloqlar Stiven Bakli və Riçard Everşed hələ 2001-ci ildə tapıblar. Araşdırmalar nəticəsində Bakli ilə Everşed və bir qrup misirşünaslar bu məhluldan yeməklərin konservləşməsində də istifadə edildiyini də müəyyənləşdiriblər. Nil deltasının sakinləri bu məhluldan istifadəni hələ eramızdan 6 min əvvəl öyrəniblər.

Mumifikasiyanın sirlərini qazla işləyən xromatoqraf və mass-spektometr vasitəsi ilə müəyyən ediblər. Bu cihazlardan istifadə etməklə araşdırmaçılar mumiyaların kəfənində tərkibində püstə ağacının şirəsindən, heyvan yağlarından, bal mumundan, dəniz süngərinin yağından, üstəlik mitra ağacının qabığından və müxtəlif bitkilərin qarışığından hazırlanmış qarışıq və ekstratlar tapıblar. Balzamlaşdırma məhlulunun tərkibi xanədandan-xanədana asılı olaraq dəyişirdi. Bu da mumiyanın yaşını, basdırılma vaxtını müəyyənləşdirməyə imkan verir.

Qədim Misirin saxta “Cokonda”sı

Qədim Misirə aid başqa bir kəşf isə “Medum qazları” haqqındadır. Düzdür, onunla bağlı faktlar hələ tam təsdiqini tapmayıb.

Kulturoloqların Qədim Misirin “Cakondası” adlandırdıqları bu əsər firon Sneferin oğlu şahzadə Nefermaatın kərpic sərdabəsindən XIX əsrin sonlarında götürülüb. Əsəri məşhur İtaliya “qara arxieoloqu” Luici Vassali taparaq sərdabənin divarından söküb.

2015-ci ildə bioloqlar müəyyənləşdiriblər ki, freskanın üzərindəki qazlara Misirdə rast gəlinmir. Onlar daha şimalda, Avropa və Ön Asiyada yaşayırlar. Rənglərin kimyəvi tərkibini öyrənən araşdırmaçılara məlum olub ki, onların tərkibindəki piqmentlərin bir hissəsi Misir rəssamlarına məlum olmayıb. Üstəlik Vassalinin özünün də rəssam olması şübhələri daha da dərinləşdirib.

Bunlar onu deməyə əsas verir ki, faktlar təsdiqini tapsa Misir özünün ən məşhur və gözəl əsərlərinin birindən məhrum ola bilər.

Sikstin kapellasının işgəncəsi

Diqqətli alimlər dahi rəssam Mikelancelo Buonarrotinin Sikstin kapellasının divarlarına çəkdiyi “Məhşər” freskanın və digər son dövr əsərlərinin sirrini açmağa nail olublar. Rəssamın ölümündən 20-30 il əvvəl çəkdiyi avtoportretləri araşdıran italyan kulturoloqlar müəyyənləşdiriblər ki, onun əlinin və barmaqlarının sağlam insana xas olmayan qəribə quruluşu var. Kulturoloqlara görə əgər bu fakt bir əsərdə aşkarlansaydı “səhv” kimi qiymətləndirmək olardı. Sadəcə bu “əyri” əllər yaşı 60-ı haqlayan rəssamın o dövrdə çəkdiyi bütün əsərlərində olub.

Portretləri öyrənən həkimlərin fikrincə Mikelancelo oynaq ağrısından əziyyət çəkirdi. Degenerativ artroz adlanan bu xəstəlik nəticəsində əllər getdikcə hərəkətsizləşir, kəskin ağrılar verir. Buna qədər incəsənət tarixi mütəxəssisləri rəssamın podaqradan əziyyət çəkdiyini düşünürdülər.

Əgər Mikelancelo həqiqətən artrozdan əziyyət çəkirmişsə o zaman “Məhşər” və bu kimi son dövr işlərini yaradan zaman güclü ağrı onu işləməyə imkan vermirmiş. Başqa tərəfdən o,

rəssamlığı atsaydı əlləri daha tez quruyardı.

Rembrandtın yenilikləri

Dahi holland rəssamı Rembrandt van Reyn təkcə rəssam kimi deyil, müasir rəssamlığını banisi və ixtiraçı kimi də tarixə düşə bilər. O, işini asanlaşdırmaq üçün fizikanın yeniliklərindən məharətlə istifadə edirdi.

Britaniya fizikləri müəyyənləşdiriblər ki, Rembrandtın bütün avtoportretlərində baş və bədənin nisbəti təbii deyil. Bundan başqa rəssam tamaşaçıya yox, kənara baxır.

Alimlərin fikrincə Rembrandt əyri güzgülər və obskur kamerasından ibarət proyektorlardan istifadə edərək əksini kətanın üstünə salırmış. Fiziklər bu cür proyektorlar hazırlayaraq sınaq keçiriblər, nəticə eyni olub.

Bəzi mədəniyyətşünaslar alimlərin bu tapıntısını ciddi qəbul etmirlər. Çünki “proyektor”lara heç bir mənbədə rast gəlinmir.

Hər şeyi görən rentgen göz

Məşhur fransız impressionistlərindən Edqar Deqanın “Qadın portreti” çoxlarının diqqətini cəlb edib. Çünki əsərə baxanda hiss olunur ki, rəsmin altında başqa bir qadın “yatır”. Rentgen skanerlərin ən yeni növlərindən istifadə edən fiziklər portretin altındakı əsərdə kimin olduğunu müəyyən edə biliblər.

Rəsmin “aydınlanması” sadə metodla aparılıb. Hər bir rəng unikal kimyəvi elementlər cəmindən ibarətdir. Bunu sadə müşahidə ilə müəyyənləşdirmək olub. Alimlər rənglərin tərkibindəki qurğuşun, sink, xrom, mis və kobaltın yerləşmə xəritəsini hazırlayaraq portreti üzə çıxarıblar. Məlum olub ki, rəsmin altındakı qadın Deqanın məşhur modeli Emma Dobinyadır. Deqa niyə onun portretini pozub və üstünə başqa qadının rəsmini çəkib, hələ də bilinmir.

Van Qoqun günəşi altında

Van Qoqun Britaniya Milli Qalereyasında sərgilənən günəbaxanları demə adi güllər deyilmiş. Dörd il əvvəl alimlər müəyyən ediblər ki, bunlar barsız mutantlar imiş.

Van Qoqun tablosunda əks olunan günəbaxanların çoxu kiçik diskə malikdir. Bu disklər demək olar bütövlükdə ləçəklərin altında gizləniblər. Güllərin bu qeyri-adi görkəmi gen mutasiyası ilə əlaqədardır. Belə güllər az toxum verirlər.

Amerika genetikləri “Van Qoqun günəbaxanları”nı yenidən yetişdirərək eyni nəticəni əldə ediblər. Bunun səbəbi güllərdə ləçəyin ölçüsünü müəyyən edən HaCYC2c geninin mutasiyasıdır.

Amerika arzusunun qara tərəfi

Rəsm əsərləri hər hansı bir dövrün insanlarının sağlamlığı barədə məlumat əldə etmək şansı da verir. Ötən il həkimlər Endryü Uaytın 1948-ci ildə çəkdiyi “Kristinanın dünyası” əsərinə diqqət ediblər. 1950-ci illər Amerikasının simvolu sayılan əsərdəki qız Kristina Olsundur. Rəssam və onun yaxınları belə hesab edirdilər ki, o, uşaq vaxtı keçirdiyi poliomielitə görə qismən iflic olub.

Müasir Amerika həkimləri rəsmdə uzanmış qızın vəziyyətini analiz edərək müəyyən ediblər ki, o, nadir genetik xəstəliklərdən olan Şarko-Mari-Tut sindromundan əziyyət çəkirmiş. Bu gendəki mutasiyalar nəticəsində üzə çıxır. Onların zədələnməsi tədricən əzələlərin distrofiyasına gətirib çıxarır. Bu sindromun daşıyıcılarında tədricən yuxarı və aşağı ətrafların hərəkəti məhdudlaşır və iflic baş verir.

Bu hipotez optimizm və xoşbəxtliyə cəhd aşılayan tabloya psixologizm qatır.

# 3732 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #