“Yalan danışmaq xoşuma gəlir” – Culiya Robertsin həyat qaydaları

“Yalan danışmaq xoşuma gəlir” – Culiya Robertsin həyat qaydaları
18 yanvar 2017
# 16:44

Kulis.az Hollivud aktrisası Culiya Robertsin həyat qaydalarını təqdim edir.

Az danışmağa çalışıram. Çünki axırda, yəni tezliklə özüm-özümə darıxdırıcı görünürəm.

Çox vaxt adamlar məni olduğum kimi tanımırlar. Onlara elə gəlir ki mən ləçərin biriyəm. Hamısı da ona görə ki, hündür və savadlıyam. Axı belələri çox azdır.

Atamın xərçəng xəstəsi olduğunu onun ölümündən sonra bildim. On yaşım vardı və kimsə məni çağırıb heç nəyi izah eləmədi. Məni babamın evinə aparıb orda dedilər ki daha ata yoxdu. Yəqin ki, ilk dəfə onda başa düşdüm ki, hər şey bir anda dəyişə bilər-həm də bu ən gözləmədiyin vaxtda baş verəcək. Sən ananla deyə-gülə oynayırsan, qucaqlaşırsan birdən ən yaxşı paltarını geyindirib səni başqa yerə aparırlar və deyirlər ki, daha atan yoxdur.

Təəssüf ki, uşaqların özlərini valideynlərinə görə günahlandırmaq xasiyyəti var.

Mənə elə gəlir ki, çox vaxt insanı böyük müəllimlərin olmağı yox, olmamağı formalaşdırır. Necə ki, iqnor olunduğun vaxt tərifləndiyin vaxtdan daha vacibdir.

Çəkiliş meydançalarında boş vaxtım olanda oturub nəsə toxumaq xoşuma gəlir. Bu, jurnal oxumaqdan yaxşıdır, çünki yanında edilən söhbətlərə qoşula bilirsən.

“Nə qədər az olsa o qədər yaxşıdır” fikrini filmdə öpüş səhnələrinə aid edirəm.

Bəzən oynadığın rol canına o qədər hopur ki, çəkiliş meydançasını tərk edəndən sonrada o rolla yaşayırsan. Və dəhşət kofein istədiyin vaxtda, kafedə ləngiyən sifarişini gözləyəndə ofisianta adətən olduğu kimi: “Bağışlayın, mənim sifarişimi unutmamısınız ki?” demək əvəzinə belə bağırırsan: “Hanı mənim lənətə gəlmiş kappuçinom? Harda ölmüsüz siz? Sizin zəhrimar kofenizi içmək üçün dünyaya ikinci dəfə gəlməliyəm, ya düşünürsüz ki, kofein məni də qocaldıb sizin kimi adamaoxşamaz edəcək?”

Mətbuat konfranslarında yalan danışmaq xoşuma gəlir.

İndiki mətbuat əvvəlki qədər aqressiv deyil, amma indi kütlük o qədər çoxdur ki, bəzən əvvəlkini arzulayırsan.

Qız sayılmaq üçün çox hündürəm, lediyə görə paltarım azdır, özümü heç vaxt qadın da adlandırmaram. Mən gözəlçə ilə xalanın arasında orta bir şeyəm.

“Erin Brokoviç” filmində qoltuqlarımdakı hər təmizləmədiyim tükə görə mənə əməlli-başlı pul verdilər. İndi yadımda deyil nə qədər amma çox idi.

Soruşurlar ki, kinoda kişilərə daha çox pul verilməsi düzdür? Mən də deyirəm ki, hə.

Daha çox qazanandan sonra həyatımda heç nə dəyişmədi. Yalnız bir şeydən başqa: hamı soruşmağa başladı ki, çox qazanandan sonra həyatımda nə dəyişdi?

Deyirlər, məşhurluq vəbaya yoluxmaq kimidir. Guya birdən başa düşürsən ki, daha əvvəlkitək adi adamlar kimi gəzə, vərdiş etdiyin yerlərə gedə, adamlara çox görünə bilməzsən. Boş şeydir bu. Əgər sən bu qaydaya tüpürüb həyatına vərdiş etdiyin kimi davam etsən, yavaş-yavaş anlayacaqsan ki, azadlığını qurban vermək mütləq deyilmiş.

Heç vaxt tamaşaçı qarşısında soyunmayacağam. Geyimdə oynamaq bədii təqdimatdır, çılpaq oynamaq isə sənədli kinodur. Həm də istəmirəm, məsələn, cəbr müəllimim bədənimin necə olmasını görsün.

Müxtəlif adamlardan eyni fikirləri tez-tez eşidirəm: “Sənin agentin dostun olmayacaq heç zaman”. “Ona inanma. Sənin pullarını öz cibinə soxuşdurur” və sair. Əsassız fikirlərdir. Çoxu ilə işləmişəm və bu belə deyil, dəqiq bilirəm. Bu barədə ən yaxşı sözü isə qardaşımdan eşitdim: “Yadında saxla ki, bu dostluq yox, biznesdir. Onda hər şey öz yerini alacaq.”

“Gözəlçə” filmində çoxlu fahişə ilə tanış olub söhbətləşdim. Sizə deyə bilərəm ki, onların arzu və ümidləri bizim işdəkilərin çoxundan təmiz və gözəldir.

Uşaqlıqda hamımız heyvanlarla danışa bilirdik.

esquire.ru

# 1255 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
#
#
# # #