Perpetium-mobile

(FB düşüncələri silsiləsindən)

 

Perpetium-mobile. Ədəbiyyat olmayan şeylər istəyir. Tarix olan şeylərdən ibarətdir. Ədəbiyyat istəyən olur və ədəbiyyat da dönüb tarix olur. Ədəbiyyat tarixi belə yaranır... Belə. Ədəbiyyat yenə olmayan şeylər istəyir...

                                                             

***                                                        

 

Salam Sarvanı zəmanə istəmədi. Şair oldu. Etimad, Qismət, hətta Aqşin belə tez çaşdı və caydı. Ramiz Rövşən də dünyayla barışmağın çəmini tapdı... Şair – taledən qaçmaq cəhdidir. Qaçdıqca şairsən, barışdınmı, şair qurtarır... Belə. Perpetium-mobile.

 

***

 

Perpetium-mobile. Hər zəmanənin nəfəsini verən doğru-dürüst, tam təbiiliyi, bədii stixiyası ilə bircə əsas ədəbi dərgisi olur; dünən bu – “Alatoran” idisə, bu gün – “Yazı” jurnalıdır. Hərçənd ilk sayından  “Yazı”nı “Alatoran” yolu getməməyə çağırmışdım; görünür, didaktika ilə olmur, hər nə olursa, stixiya ilə olur. Yazı – “Alatoran”ın doğurduqları, doğruluqlarıdır. Belə.

 

***

 

Belə. Salama dəstək, R.qaracaya etiraz. Haçansa hər birimiz itik düşdüyümüz yollardan qayıtmaq eşqinə düşürük. Perpetium-mobile. Salam da Kəndinə qayıtmaq istədi. Nə var ki burda, Rasim Qaraca?!

 

***

 

A-ha. Qan Turalının pyesi YUĞ-da oynanacaq. Belə. Qan Turalının qarmağı ən nəhayət tutmuş. Bu əsər onu aparacaq. “Yarımçıq əlyazma” K.Abdullanı aparan kimi. Çətini bura qədər idi. Bizim prokuror zamanın nəbzini itirdiyi yerdən Qan Turalı onu tutur. Detektiv – böyük qüvvədir. Hərçənd Dostoyevskini nə qədər anarlar. Perpetium-mobile. Gözləyirdim, yazıçıya minnətdarlıqla. “Prokuror” ədəbiyyata şərəf gətirəsi əsərdir.

 

***

 

Belə. Ən nəhayət, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”nın 1800 səhifəlik (2 cild, 130 ç.v.) mənzərəsini cızıb sərgiləyə bildik. Bu, tənqidçi İradə Musayevanın az qala hamının əvəzindən danışdığı ədəbiyyat deyil ha. Bütün yönləri ilə müstəqilliyin özüdür ki var; buyurun, keçin, baxın! Perpetium-mobile. Ədəbiyyatı hamı sevənlər burdadır...  

 

***

 

Belə. Ədəbiyyatda əbədi gənclik şıltaqları. Perpetium-mobile; tənqidçi İradə Musayeva tənqid yazmır ki, hər dəfə bir daha, bir daha mən varam söylüyor...

 

***

 

Belə. Ədəbiyyatımızda proletar paradoksu. “Şamo” romanında Şamo deyir: biz və onlar. S.Baycan da deyir: biz və onlar. N.Kamal da deyir: biz və onlar. R.Qaraca da deyir: biz və onlar. İ.Musayeva da ayırır: biz və onlar. Mən də şikayətlənirəm: onlar qoymadılar... Qəribə deyilmi?! Perpetium-mobile.

 

***

 

Ən nəhayət, bizdə Biləcəri sindromu sındı. Ədəbiyyatımızın sərhədləri genişləndi: Biləcəridən Coysacan. Belə. K.Abdulla buna “qara dəlik” deyir. Sadəcə, qara dəlik. Perpetium-mobile.

 

***

 

Belə bir təzə janr. Fb-ədəbiyyat. Ədəbiyyatın qara sevdasına tutulanların dəryada batıb-batmamaq xofu və əyləncəsi. Perpetium-mobile.     

 

***

 

Belə. Fb – sərbəst düşüncələr ölkəsi. Mən ədəbiyyatı düşünürəm. Bütün qərəz, qəzəb və məişət obrazlarına rəğmən, mən ədəbiyyatı düşünürəm. Perpetium-mobile; mən ədəbiyyatı düşünürəm.

 

***

 

Belə. Məndən şeir xəbər alan dost! Kim ki, müstəqillik ədəbiyyatında sözünü, ya izini görmür, günah onun özündədir. Vəlvələdən, ya zəlzələdən (perpetium-mobile).

 

***

 

Belə bir müşahidə. Müstəqillik adı gələndə N qədər yazar özünü mündəricatda aradı. Amma məsələn, Şərif Ağayar müstəqilliyin hər səhifəsində var, mündəricatda – yox. Lap “Lalanın kitabı” kimi. Perpetium-mobile.

 

***

 

Belə bir Ədəbiyyat-o-Məniya. Mən Ədəbiyyat dilində yazıram. Siz məişət cümləsində(n) höccələyirSiz. Siz məişətdən gəlirSiz, Mən əbədiyyətdən. Perpetium-mobile. Tənqid xiffəti və tənqidSizlik nisgili.

 

***

 

Belə. Avropada “Quqark”ı soruşurlar. R.Qaraca dividend qazanır. “Quqark”, budey, qardaş Ermənistanda. Məgər Avropa bunu bilmir?! Bəlkə biz bilmirik, təzə-təzə öyrənirik. Perpetium-mobile.   

 

***

 

Belə. Professor Q.Quliyevlə bir balaca polemikam. Əcnəbi seyrə balonlarla çıxır. Qorxmaz müəllim Qərbdən danışır, mən – Azərbaycan ədəbiyyatından. Perpetium-mobile. Qorxmaz müəllim azərbaycanlı oxucunun yükünü çəkir, mən qərbli kimi düşünməyə cəhd edirəm.

 

***

 

Yenə barmağımı dişlədim. Perpetium-mobile. Fb düşüncələrimdə adicə tvitdən  hürküb qayçılayan Kulis.az bu gün: Müstəqil(l)ik, müstəqil(l)ik, ay müstəqil(l)ik! - deyib vay-şivən qoparır. Xa! Əsl pərdəarxasıdır, vallah. Maraqlıdır ki, Oxuzali.Azad(l)ıq.org da həmin tvitdən yayındı. Belə.

 

***

 

Belə. Fikrimdə cızmağa qorxduğum bir qeyd var. “Şaqren dərisi”ni geymişlər”: Qismət, Qan Turalı, Şərif... Daha kim? Perpetium-mobile.

 

***

 

Perpetium-mobile. Darıxanda hansısa ocağa çırpı atmağım gəlir. R.Qaraca – passionari.  M.Köhnəqala sadəcə şair. H.Herisçi katalizator. AYO belə yaranmışdı. Bir də A.Yazar – Azad Yaşar. N.Kamal nəfəs gətirdi AYO-ya. S.Pərvanə kütləvilik. R.Tağı canlı ədəbiyyat. S.Baycan yazıçılıq azartı. Aqşin ədəbi intriqa. Qan Tural siyasət. Rövşən – danyeri. Belə. Hələ də işıqlanır.    

 

***

 

Belə. “Samir, Samiri...” Qan Turalı yenə təəccübləndirir. Prokuror kimi prokuror ola bilir, aktyor kimi aktyor. Realist kimi realistdir, postmodernist soyuqluqla postmodernist. Həm belletristdir, həm ciddi. Seçim etmək qalır bir. “...geysulər arasında”. Samir, ya Samiri? Perpetium-mobile.  

 

***

 

Belə. Tənqiddə hər aşiqin öz dövranı. Son sovet, milli varlığın restavrasiyası dövrü  – N.Cəfərov; müstəqilliyə keçid dövrü – T.Mustafayi; əsrin əvvəlləri qarışıqlıq dövrü - Ə.Cahangir; sonrakı diletantizm dövrü – C.Yusifli... Bütün dövrlər – V.Yusifli. Və Azər-turançılıq – R.Kamal və “qadın tənqidi”. Perpetium-mobile.

 

***

 

Belə bir boyat öncəgörüm. R.Məcid – AYB-nin Anardan sonrakı üzü...

 

***

 

Belə. Nədən Asif Ata oldu. İndi başa düşürəm. Perpetium-mobile.

 

***

 

Belə. Elə şeirlər var ki, şairə ilhamdan dəstək istəyir. İlyas Göçmən olsun, Məsiağa Məhəmmədi, ya tərcümə sənəti. Perpetium-mobile. Ədəbiyyatda ağıl və praqmatikanın təntənəsi. S.Babullaoğlu.

 

***

 

Belə. Tofiq Qəhrəmanovun ədəbiyyatda kələfləri. Azad Qaradərəli. Rahid Ulusel. Tehran Əlişanoğlu. Etibar Kərimov. Elşad Məmmədzadə... Aça bilsəniz. Perpetium-mobile.

 

***

 

Perpetium-mobile. Bir ədibin məmur kreslosunda oturması elə bir hünər deyil. Hünər, üstəlik oturduğun obrazı ədəbiyyata gətirməkdir. Bütün rəngləri və rəngarəngliyi ilə. Nümunəsində tənqidini verdim də V.Bəhmənli bəyəndi. Belə.

 

***

 

Belə. Desəm ki: Əski belletristlər belletrist əskilərlə daim ədəbiyyatın tozunu silib oxucunun gözünə püfləməkdə... - Məni plagiatda suçlamazsız zatən. Perpetium-mobile.

 

***

 

Belə. Əli bəydən yüz on, “Yeni Azərbaycan”dan on il sonra axar suya ayağı təkrar salmaq sevdası. Azər-turançılıq...

 

***

 

Belə. R.Bərgüşadlıya nəsihət. Yaz, oğlum, yaz. Səbr ilə halva bişir, ey qora səndən... Perpetium-mobile.

 

***

 

Belə. Alagöz poeziya və Kor tənqid. Azərbaycan ədəbiyyatında perpetium-mobile. Uman yerdən küsürlər, küsən yerdən yenə də umurlar...

 

***

 

Belə. Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım. Xəyal Rza və Yunis Əmrə İnstitutu gərəkli bir müsabiqə yapdı. 49 iştirakçı, bir də mən Tanpınarı kəşf elədik. Aramızdan beş qalib oldu: yazıçı Nəriman Əbdülrəhmanlı, “Ulduz”dan Təranə Vahid, “Azərtac”dan bir xanım, BDU-dan kimyaçı-tələbə və bir filoloq-pedaqoq xanım. Emblematik simalar: Anar, detektiv Çingiz Abdullayev, bir də BDU-nun rektoru sertifikatlar payladı. Şahbaz Xuduoğluya salamlar! Hətta “Qanun nəşriyyatı” da alqışlandı. Ha gözlədim, ha gözlədim, ekspertlərin adı it dəftərindən də çıxmadı. Perpetium-mobile.

 

***

 

Belə. Müstəqillik ədəbiyyatı, ədəbiyyatda müstəqillik savaşından yalnız və yalnız dostlar qazanmışam. Perpetium-mobile. Hətta məşhur bir xanım Fb tənqidçisi var, sözü gedəndə nədənsə hünərini deməyə çəkinib, “T.Əlişanoğlunun dostu” deyirlər. Gözəldir, deyilmi?.

 

***

 

Belə bir status yazmalı oldum. “Belə”yə fikir verməyin. Bu mənim həqiqətləri ümumiləşdirən Fb janrımdır. Çox vaxt özüm də hədəf oluram belədə. Belə də, neyləmək olar, ədəbiyyatdır bu. Perpetium-mobile.

 

LENT

20 Yanvar 2018
19 Yanvar 2018
18 Yanvar 2018
17 Yanvar 2018