Gənc rejissorların diqqətinə: Yeni layihə başladı

Gənc rejissorların diqqətinə: Yeni layihə başladı
13 yanvar 2017
# 12:57

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi “Audiovizual məhsullar və beynəlxalq festivallara çıxma yolları” adlı layihəyə start verib. Bu barədə Kulis.aza “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev deyib.

O bildirib ki, hazırda Azərbaycanda gənc kinematoqrafçılar audiovizual məhsulların istehsalında yaxından iştirak edə bilmirlər. Daha çox həvəskar xarakterli məhsulların ortaya çıxması bu sahədə çalışan gənclərin yetərincə biliklərə sahib olmamasının göstəricisidir: “Bu da kino sahəsində çalışan gənclərin dünya festivalları üçün maraqlı ola biləcək filmləri ərsəyə gətirə bilməməsinə səbəb olur. Qeyd edək ki, son illər ölkəmizdən kənarda keçirilən beynəlxalq festivallarda iştirak edən azərbaycanlı kinematoqrafçıların yaş həddi 35- dən yuxarıdır. Doğrudur, bəzi gənclər də festivallarda iştirak edir, amma onların sayı barmaqla sayılacaq qədərdir. Bəzən olur bu problemin kökündə keyfiyyətli məhsulun olmaması yox, festivallara çıxmaq üçün qaydaları bilməmək, filmin janrından, formasından asılı olaraq lazımi festivala göndərilməməsi dayanır. Bundan başqa xaricə çıxacaq keyfiyyətli məhsulların azlığı bu sahədə ustad dərslərinin demək olar ki, keçirilməməsindədir. Digər sahələrdən fərqli olaraq kino sahəsində təşkil olunan ustad dərslərinin sayı lazım olduğundan azdır”.

Onun sözlərinə görə, sözügedən layihə çərçivəsində peşəkar masterlərin iştirakı ilə təlimlər təşkil olunacaq.

Təlimlərdə iştirakçılar audiovizual məhsul və onun janrları, beynəlxalq festivallarda iştirak və onların kateqoriyaları, həmin festivallara qatılmağın yolları, onlarda iştirak edə biləcək müəllif filmlərinin istehsalı və bu festivallarda iştirakın əhəmiyyəti barədə ətraflı məlumat ala biləcəklər.

# 756 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #