Psixi klinikada yaşayan məşhur rəssam

Psixi klinikada yaşayan məşhur rəssam
11 yanvar 2017
# 13:53

Yaponiyalı rəssam Yayoi Kusama müasir incəsənətin ən kult və qeyri-adi şəxsiyyətlərindən biridir. O, artıq uzun illərdir ki, Tokio Psixiatriya Xəstəxanasında yaşayır, ancaq bununla belə, ən bahalı rəssamlardan biri olaraq tanınır.

Yayoi Kusama 1929-cu ildə Yaponiyanın Matsumoto şəhərində anadan olub. Rəssamın uşaqlığı və gəncliyi əsərləri kimi parlaq olmayıb. Ailədəki problemlərinə görə, Yayoi psixiatr qəbuluna gedirdi, həkim isə ona terapiya olaraq, yaradıcılıqla məşğul olmağı tövsiyə etdi. İncəsənət onun təxəyyülünün yaratdığı obrazları ifadə etmək üçün xilas vasitəsi oldu. 10 yaşında Yayoi hər tərəfdə torlar, bənövşəyi çiçəklər və müxtəlif rəng, ölçülərin nöqtələrini görməyə başladı. Bütün bunlar hələ də rəssamın işlərində iştirak edir.

28 yaşı olanda o, təsadüfən mağazada məşhur amerikalı rəssam Corciya O'Kiffin reproduksiyaları ilə köhnə kitab gördü. Bu rəsmlər gənc Yayoiyə o qədər təsir etdi ki, amerikalı rəssamla davamlı yazışmalardan sonra Kusama ABŞ-a getmək qərarı verir, o zamanlar isə Cekson Pollok və Endi Uorholun rəhbərliyi abstraksionizm populyarlığının zirvəsində idi.

"Psixiator Nisimaru Sixo mənə evdən getməyi tövsiyə etdi və mən Kiotoya incəsənət oxumaq üçün getdim. Daha sonra Amerikaya getdim, o zamanlar isə xaricə getmək çətin idi. Anam milyon yenlik zərfi üstümə atdı və dedi ki "Al bunu və bir də bu evə gəlmə", - deyə Kusama Interiew jurnalına müsahibəsində bildirib. Anasının incəsənət əsərləri kolleksioneri olmasına baxmayaraq, o, qızının məşğuliyyətinə çox mənfi yanaşırdı.

Yayoi Kusamanın Amerikada yaradıcılığı nöqtəli rəsmlərin yaradılması ilə məhdudlaşmayıb. O, installyasiyalar təşkil edərək və ekstravaqant geyim modelləri yaradaraq, etiraz mədəniyyətinin parlaq simasına çevrildi. Amerikada tanınmasına baxmayaraq, Yayoi maliyyə problemlərini həll etmədi, 1973-cü ildə isə, o, Yaponiyaya qayıtdı.


Xəstəlik Kusamanın yaradıcılığında böyük rol oynadı. Qarabasmaları o, kağızlara köçürərək, nöqtəli kompozisiyalar yaradırdı. Rəssamın yaratdıqları onun həqiqətidir, o dünyanı, insanları və ətrafdakı əşyaları belə görürdü. Öz "Manhattan Suicide Addict" tərcümeyi-halında rəssam xəstəliyin ölümdən güclü olduğu barədə danışır. Christie's hərracında onun əsərlərindən biri 5,1 milyon dollara satılıb, bu isə müasir rəssamlar arasında rekord göstəricidir.

Kusama 20 ildən çoxdur ki, müalicə aldığı psixiatriya xəstəxanasının yaxınlığında studiyada yaşayır. O, 80-ci illərin sonuna qədər demək olar, rəssam olaraq yaddan çıxmışdı. O zaman Kusama ədəbiyyatla maraqlanmağa başladı. Rəssam roman və hekayələr toplusu da buraxır. Onlardan biri "debüt edən yazıçı" nominasiyasında "Yasei Jidai" jurnalından "Tenth Literary Award" mükafatını qazanıb. Klinikanın yaxınlığında o, emalatxana açır, burada isə ona çoxlu sayda assistentlər kömək edir. 1990-cı illərdə ""County Museum of Art" muzeyində retrospektivlər Los-Anceles, Nyu-York və Tokio muzeylərinə Kusamanın rəsmlərini yada salır. 1993, 1998 və 1999-cu illərdə o, Yaponiyanı Venesiya biennalesində təmsil edib.

1996-cı ildə Nyu-Yorkda Kusamanın sərgisi baş tutur. Həmin ildə də rəssam Beynəlxalq incəsənətşünaslar assosasiyasından "The Best Gallery Show" mükafatını qazanır. 2001-2003-cü illərdə rəssam Asxau mükafatını, Fransa incəsənət və ədəbiyyat Ordenini və Naqano qubernatoru mükafatını qazanır. 2004-cü ildə Tokioda "Mori Museum" muzeyində "Kusamatrix" sərgisi baş tutur. Sərgi 520 min insanın diqqətini cəlb edir. Həmin ildə də onun Tokioda "Milli Müasir incəsənət muzeyində" daha bir sərgisi start götürür. 2006-cı ildə Yayoi Kusama İmperator mükafatını alan ilk qadın rəssam olur. 2008-ci ildə "Yayoi Kusama, I adore myself" sənədli filmi işıq üzü görür. Onun son sərgilərindən biri 2013-cü ildə "A Dream I Dreamed" Koreyada baş tutur. Bir neçə il öncə Louis Vuitton moda evi rəssamla əməkdaşlıq edib, rəssam brendin kult əşyalarını nöqtələrlə bəzəyib, eləcə də brendin dünyanın müxtəlif
yerlərində olan butiklərinin vitrinləri üçün installyasiyalar yaradıb.

87 yaşlı Yayoi Kusama indi də yaratmağa davam edir. Onun Flowers that Blossom Tomorrow (Sabah açılacaq çiçəklər, 2012) işi Heydər Əliyev Mərkəzində daimi ekspozisiyada nümayiş olunur. / http://www.buro247.az/

# 891 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
#
#
# # #