Amerikadakı dəvələr niyə ölüb?- CAHİLLİKLƏR KİTABI

Amerikadakı dəvələr niyə ölüb?- <span style="color:red;">CAHİLLİKLƏR KİTABI
10 yanvar 2017
# 12:58

Dünya haqqında biliklərimiz nə qədərdir?

Edison “hər hansı bir şey haqqında bildiyimiz gerçəyin milyonda biri qədərdir” deyəndə bəlkə bir az ifrata varırdı.

Amma bilmədiklərimiz bir yana dursun, səhv bildiklərimiz necə?

Con Lloyd və Con Mitçinsonun imzası ilə çap olunan “Cahilliklər kitabı” (The Book of General Ignorance) səhv bildiyimiz gerçəkləri bizə açıqlayır.

Kulis.Az bu kitabdan seçmələri təqdim edir.

Dəvələrin vətəni haradır?

Bəlkə bunu çoxumuz bilmirik, amma dəvə deyən kimi yadımıza Ərəbistan düşür.

Halbuki dəvələrin vətəni Şimali Amerikadır. Asiya və Afrikadan tanıdığımız dəvələr atlar və itlər kimi 20 milyon il əvvəl Amerika otaqlarında təkamül keçib. Bu heyvanlar o zaman indiki hörgüclü halından daha çox zürafə ya da ceyrana oxşayırdı. Dəvələr Berinq boğazı vasitəsi ilə Asiyaya 4 milyon il bundan əvvəl keçmişdilər.

Son buzlaşma dövründə onların kökü Şimali Amerikada kəsildi. Atlar və itlərdən fərqli olaraq dəvələr Amerikaya qayıtmadı.

Şimali Amerikada dəvə növünün məhv olmasının səbəbi hələ də dəqiq müəyyən edilməyib. Çox güman ki, buna iqlim dəyişiklikləri səbəb olub. Daha konkretləşdirsək, otlarda olan silisium üç dəfə artdığına görə otlar codlaşaraq heyvanların dişlərini məhv etdi. Atlar və dəvələr isə ot çeynəyə bilmədikləri üçün aclığa və ölümə məhkum oldular. Onların nəslinə Asiyaya köç edən həmcinsləri davam etdirdi. Bu həmcinslərin bir hissəsi Asiyadan Afrikaya köç etdi.

Digər ehtimala görə isə on min il bundan əvvəl Berinq boğazında torpağın çökməsi ilə zəifləyən növlər insanlar tərəfindən məhv olunub. Amma burda xüsusi bir xatırlatmaya ehtiyac var. Dəvələr insanın olmadığı milyonlarla il ərzində mövcud olmuşdur. Və insanın ortaya çıxması ilə onların Şimali Amerikada kökləri kəsildi. Elə atları da eyni aqibət gözləyirdi belə ki, Amerika kəşf olunana qədər oranın yerli xalqları heç bir zaman at görməmişdi.

Digər yazılar:

Amerika adı Vespuççidən götürülməyib! - CAHİLLİKLƏR KİTABI

# 1064 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #