Atasını istəməyən qızın günahsızlığı

Atasını istəməyən qızın günahsızlığı
7 yanvar 2017
# 14:16

Ayxan Ayvaz

10 yaşı var Nurayın. Atasını ilk dəfə məhkəmədə gördüyünü deyir. Anası xərçəng xəstəsi imiş. Sonradan anası çıxıb gedibmiş. Ərinə deyib ki, ayrı yaşamaq istəyirəm, boşanaq. Atası bunun səbəbini belə izah edir: o, reanimasiyada gecə növbəsində işləyirmiş və başqa yerdə qalırmış. Qadın çox güman ərindən şübhələnib. Bu tərəfi bilmirik. Məsələ burasındadır ki, Nuray atasını məhkəmədə görüb. Anası da daha sonra ölüb. Məhkəmələr, dava-şava. Bütün bunlar uşağın iç dünyasını darmadağın edib. Neçə vaxt xalası ilə bir yerdə qalıb və onu özünə ana bilib. Normal haldır. Ola bilər ki, sevgini xalasında görüb. İnsan sevgiyə acdır.

Nurayı çox çətin bir duruma salıblar. Məhkəmə qərar çıxarır ki, atana getməlisən. Hüquq müfaizə orqanları qız uşağının ağlamağına, fəryad etməsinə fikir verməyib qolunu burub sürüyə-sürüyə atasına vermək istəyirlər. Qız çırpınır, bərk-bərk xalasından yapışır və deyir ki, siz tanımadığınız adamın yanında qalmaq istərdiniz. Dəhşətli səhnədir. Ata bir qıraqda, qız da xalasına sarılmış bir halda. Bir tərəfdən baxırsan qız uşağına bu işgəncəni vermək doğru deyil. Heç bir məhkəmə qərarı bir uşağın göz yaşına dəymir. Ordakı hüquq mühafizə orqanlarının işçiləri “məhkəmənin qərarıdır, biz nə edə bilərik” deyərək məsuliyyətdən boyun qaçırmasınlar. Heç bir qərara görə uşağa bu cür təzyiq göstərmək olmaz. Onu sevdiyi bir adamın əlindən zorla, qaba güclə almaq insanlığa sığmaz.

Bir tərəfdən də atanın halı adama toxunur. Arxa planda nələr olduğunu bilmirik. Amma sadəcə bunu düşünün: o da öz uşağını istəyir. Sadəcə aradan illər keçməsini, eyni zamanda uşağına sevgi verə bilməməsini ağlından keçirtmir. Qəzəbli, yorulmuş və bütün davalardan bezgin hala düşmüş atadır o. Ancaq ata öz uşağının göz yaşlarına şahid olacaq qədər də daşürəkli ola bilməz. Övladının seçiminə, sevgisinə hörmətlə yanaşmalıdır. Başa düşməlidir ki, illərdir görmədiyi bir adamla bir yerdə yaşamaq onun üçün çox çətindir. Hətta Nuray “atamdan qorxuram” deyəndə içim titrədi. Çox acınacaqlı durumdur. Söz demək də olmur. Haqlı, ya haqsız axtarmayaq. Sadəcə Nuraya hüzur verəcək, göz yaşlarına yox deyəcək bir çarə tapaq. Vəssalam!

# 883 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #