Afaq Məsud "Aydın yol"un bağlanmasından danışdı

Afaq Məsud "Aydın yol"un bağlanmasından danışdı
6 yanvar 2017
# 13:15

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin mətbu orqanı olan “Aydın yol” qəzeti bağlanıb. Bu barədə APA-nın sualına cavabında Tərcümə Mərkəzinin rəhbəri, yazıçı Afaq Məsud məlumat verib.

Mərkəz direktoru bildirib ki, qəzetin bağlanması bəzi mətbuat orqanlarının yazdığı kimi maliyyə məsələsi ilə bağlı deyil: “Bəli, qəzet bağlanıb. Amma bu, yazıldığı kimi maliyyəyə bağlı deyil. Sadəcə, indi internet saytları daha aktualdır, ona görə də qəzetin satışı aşağı səviyyədə idi. Satış qəzetin çapı üçün sərf olunan intellektual əməklə uzlaşmırdı. Ona görə qərara aldıq ki, qəzetin çapını dayandıraq. Qəzetin əsas yaradıcı heyəti mərkəzdə işini bu gün də davam etdirir. Bir neçə nəfər texniki işçi isə ixtisara düşüb”.

A. Məsud qeyd edib ki, hazırkı şəraitdə Tərcümə Mərkəzinin maliyyə ilə bağlı heç bir problemi yoxdur: “Əksinə, bizim mərkəzə yeni imtiyazlar verilib ki, bu da fəaliyyətimizə müsbət təsir edəcək. Tərcümə Mərkəzinin strukturu genişləndirilir, yeni və daha işlək fəaliyyət sahələri yaradılır”.

# 865 dəfə oxunub

Oxşar xəbərlər

Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
#
#
# # #