ADO-dan cavab: Kim nəyi görmək istəyir, onu da görür

ADO-dan cavab: Kim nəyi görmək istəyir, onu da görür
6 yanvar 2017
# 11:44

Kamal Aken

Hazırda Azərbaycan mədəniyyət və incəsənət sahəsində çox ciddi dönəmlərdən keçir. İllər öncə Avropa renessans dövründə keçdiyi problemləri biz indi keçməyə çalışırıq, əgər vaxtilə Azərbaycan həmin problemlərlə qarşı-qarşıya qalıb onları dəf etməyə çalışsaydı, biz indi mentalitet, adət-ənənə kimi dəyərlərlə mübarizə aparmazdıq.

Hər bir dövlətin müəyyən keçid dövrləri olur, bəzi missiyaları, mərhələləri keçdikcə püxtələşir və yetkinlik halına çatır. Bizim incəsənətimiz isə hələ də “yeniyetməlik” dövründə ilişib qalıb, biz vaxtilə renessans dövründə yatmasaydıq, indi heç kim tamaşalardakı adi öpüşmək səhnələrini belə şişirdib qabartmazdı.

ADO-ya (Azərbaycan Dağınıq Oda Teatrı) qarşı yüzlərlə qərəzli münasibət bəsləyən insan var. Səbəb isə göz qabağındadır. Ölkənin qabaqcıl dövlət teatrı sayılan Akademik Milli Dram Teatrı yalnız qalmaqalları ilə gündəmə gəlirsə ADO kimi 40 kvadrat metrlik səhnəsi olan bir teatr hər tamaşasında ölkə mediasının, xalq artistlərinin dilindən düşmür. Tamaşaçıya yenilik lazımdı, artıq tamaşaçılara yüz il öncəki savadsızlığı tənqid edən pafoslu tamaşalar maraqlı deyil, tamaşaçı günümüzdəki reallığı görmək istəyir, çünki onların da bu reallıqları özlərinə etiraf edə biləcək qədər cəsarət yoxdur, onlar bunu yalnız başqalarının dilindən eşitmək, görmək istəyirlər. Aktyor olmaq səhnədə atılıb-düşməkdən ibarət deyil, aktyor olmaq tamaşaçının görmək istədiyini ona çatdırmaqdır.

Tamaşa zalındakı biri-birindən fərqli düşüncələrə sahib olan tamaşaçılar onlara lazım olan məqamları özlərinə götürür və həmin məqamlar üzərində analiz aparırlar. ADO dövlət teatrları kimi cəsarətsiz olmadığı üçün bütün səhnələri çılpaqlığı ilə göstərməyə qadirdir. Xeyr, çılpaq deyəndə paltarsız insanları nəzərdə tutmuram, çılpaq deyən kimi gözünüzün qarşısına soyunmuş insanlar gəlirsə bu bizim problemimiz deyil, amma çılpaqlıq həqiqəti olduğu kimi çatdırmağa deyilir. Əgər siz o tamaşalarda yalnız seks görmüsünüzsə, bu aktyor və rejissorun problemi deyil, pornoqrafiya və incəsənəti bir-birinə qatmayaq, tamaşaçı səhnədə möhtac olduğu şeyi tapır, bu sevgi də ola bilər, mərhəmət də, azadlıq da. Yox, siz seks görürsünüzsə bunun da yalnız bir izahı var. Hər kəs səhnədə beynində olanları, görmək istədiklərini görür.

“ADO-da açıq-saçıq seks səhnələri göstərilir” deyən insanlar əminəm ki, “STOP” tamaşasındakı azadlıq hayqırışlarını görməyiblər, bu tamaşalara seks gözü ilə baxanlar gəlib tamaşaçı sırasında oturub həmin səhnələrdə orqazm olan insanlardır. Səhnəyə pamperslə çıxan Adəm və Həvva roluna görə bizim teatrın ünvanına Xalq artistinin işlətmədiyi təhqir qalmamışdı. Biz dünyaya ilk gəlmiş insanlarıqsa, səhnəyə çarşabla çıxmalı idik?

Bizi yüzlərlə insan tənqid edir, amma ondan qat-qat daha çoxları sevir, bizə qarşı olan düşüncələr bizim üçün önəmli deyil, bizi tənqid edə, hətta təhqir belə edə bilərsiniz, amma heç vaxt ortaya qoyduğumuz işləri görməzlikdən gələ bilməzsiniz.

Bəzi Xalq artistləri bu teatra “fahişəxana” deyir, başa düşmürəm axı siz Xalq artistisiniz, siz ki, adi tamaşaçı deyilsiniz, incəsənət adamlarının bu düşüncələrə sahib olması çox üzücü haldır. Hətta incəsənət adamlarından bizi təhdid edən, görüşmək istəyənlər də olur.

Gəlin ortaya qoyduğumuz işlərlə özümüzü isbat edək, incəsənət yumurta döyüşü deyil.

Sayğılarla.

# 1308 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #