“Evlərinin önü yonca” - UNUDULMAZ MAHNILAR

Yaddaşımızda yüzlərlə mahnının hər biri bir xatirə ilə kodlanıb.

Mahnını eşitmək xatirələri oyadır.

O mahnılar var olduqca o xatirələri yaşadacaq.

Mahnılar, unutmur, unutdurmur.

Mahnılar unudulmazdır.

 

Kulis.Az “Unudulmaz mahnılar” layihəsini təqdim edir.

 

Kərkük bayatılarına bəstələnmiş Evlərinin önü yonca” mahnısını Nərminə Məmmədova və Sinan Səidin ifasında təqdim edirik.

 

Sözləri

 

Evlərinin önü yonca,

Yonca qalxmış dam boyunca, dam boyunca,

Boyu uzun, beli incə, ninnə yarım, ninnə,

Əsmər yarım, ninnə, ninnə, ninnə.

 

Evlərinin önü lalə,

Saqi doldur ver piyalə, ver piyalə,

Yoldaş olaq, düşək yola, ninnə yarım, ninnə,

Əsmər yarım, ninnə, ninnə, ninnə.

 

Evlərinin önü darçın,

Fələk qoymur gözüm açım, vallah açım,

Səni alım, hara qaçım, ninnə yarim, ninnə,

Əsmər yarım, ninnə, ninnə, ninnə…

 

 

LENT

24 May 2017
23 May 2017
22 May 2017
21 May 2017
20 May 2017
19 May 2017