Sənət dünyasının itkiləri - 2016

Sənət dünyasının itkiləri - <span style="color:red;">2016
26 dekabr 2016
# 13:08

Kulis.az 2016-cı ildə vəfat edən tanınmış sənət adamlarının siyahısını təqdim edir.

Zəlimxan Yaqub, 9 Yanvar

O, 1950-ci il yanvarın 21-də Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2008-ci il avqustun 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. Z. Yaqub I Fəxri xiyabanda dəfn olunub. Xalq şairi uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib.

Musa Mirzəyev, 29 Yanvar

1933-cü ildə Bakıda anadan olub. O, kamera orkestri üçün “Polifonik simfoniya”, skripka və piano üçün “Romantik poema”, piano üçün “Qəmli melodiya” və başqa əsərlərin müəllifidir. Bəstəkar “Şöhrət” ordeninə layiq görülüb və prezident təqaüdçüsü olub. M. Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub. 82 yaşlı bəstəkar mikroinsult diaqnozu ilə müalicə olunurdu.

Gülrux Əlibəyli, 15 Fevral

Tənqidçi və publisist G. Əlibəyli 1928-ci ildə anadan olub. 1964-1965-ci illərdə mədəniyyət nazirinin müavini olub və nazirin səlahiyyətlərini icra edib. O, “Axtarışlar, tapıntılar”, “Daim yolda”, “Düşünən dünyamız”, “Çırpınan dünyamız”, “Dəyiş dünyamız”, “Dağılan dünyamız” kimi kitabların müəllifidir. G. Əlibəyli Yasamal qəbiristanlığında dəfn edilib.

Harper Li, 19 Fevral

Harper Li 1926-cı ildə anadan olub. "Bülbülü öldürmək" əsəri ilə məşhurlaşıb. "Bülbülü öldürmək" ABŞ-ın kiçik bir əyalətində vəkil atası və özündən bir neçə yaş böyük qardaşı ilə yaşayan azyaşlı qızın dilindən qələmə alınıb. Qeyd edək ki, "Bülbülü öldürmək" romanı 1961-ci ildə "Pulitzer" mükafatına layiq görülüb, motivləri əsasında çəkilmiş film isə "Oskar" alıb.

Umberto Eko, 20 Fevral

Eko 1932-ci il yanvarın 5-də İtaliyanın Alessandriya şəhərində anadan olub. Müxtəlif vaxtlarda tarix və jurnalistika ilə məşğul olub. İtaliyanın dünya şöhrətli yazıçı-mütəfəkkiri və filosofu “Qızılgülün adı” (1980), “Fukonun kəfkiri” (1988), “Bir gün əvvəlki ada” (1994) və digər məşhur əsərlərin müəllifidir. Yazıçının son romanı “Sıfır sayı” 2015-ci ildə işıq üzü görüb. Umberto O, fransız Fəxri Legion Ordeninin kavaleri və bir çox mükafatların sahibi olub.

İlhamə Quliyeva, 25 Fevral

Xalq artisti İlhamə Quliyeva 17 avqust 1943-cü ildə Bakıda anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solisti olub. Müğənni Tükəzban İsmayılovanın qızıdır. İ. Quliyeva II Fəxri xiyabanda dəfn olunub.

Arif Qasımov, 7 Mart

1950-ci ildə anadan olub. Azərbaycan Dövlət Televiziyasının “Uşaq və gənclər” redaksiyasında çalışıb. O, “Milli bomba”, “İstanbul reysi”, “Yerlə göy arasında” və başqa filmlərdə müxtəlif obrazlar yaradıb.

Fikrət Əliyev, 8 Mart

1939-cu ildə anadan olub. Rejissorluğa “Baladadaşın ilk məhəbbəti” filmi ilə başlayan F. Əliyev “Qızıl uçurum”, “Yuxu”, “Axırıncı dayanacaq” kimi filmlər çəkib. Rejissor Əmircan qəbiristanlığında torpağa tapşırılıb. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Maqsud İbrahimbəyov, 22 Mart

Nasir, kinodramaturq, rejissor Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Azərbaycan Respublikasının xalq yazıçısı (1998), Milli Məclisin deputatı (1995, 2000, 2005), Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri olub. “Şöhrət” (1995) və “İstiqlal” (2005) ordenləri ilə təltif edilib. “Qəza”, “Bir az da sevinc”, “Eşitmədiyim mahnı”, “Qoy o bizimlə qalsın” və s. kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılıb.

İmamverdi Əbilov, 9 Aprel

İ. Əbilov 1927-ci ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olub. 1955-ci ilə qədər pedaqoji fəaliyyətlə yanaşı, Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində çalışıb. 800-dən artıq məqaləsi dərc olunub.

Söhrab Tahir, 4 May

1926-cı il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində doğulub. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.

Abbas Kiarostami, 5 İyul

Məşhur İran rejissoru Abbas Kiarostami 1940-cı ildə Tehranda doğulub. 1970-ci ildən rejissor karyerasına başlayıb və 40-dan çox film çəkib. A. Kirostami 1997-ci ildə “Albalı dadı” filminə görə Kann kinofestivalında “Qızıl palma budağı”na layiq görülüb. Onun “Albalı dadı”, “Dostumun evi haradadır”, “Zeytun ağacları altında” və s. filmləri İran kino tarixinin ən yaxşı filmləri hesab olunur

Tarık Akan, 16 Sentyabr

Əsl adı Tahsin Tarık Üregil olan aktyor 13 dekabr 1949-cu ildə İstanbulda anadan olub. T. Akan “Qızıl Portağal” Film Festivalında yeddi mükafat alan yeganə kişi aktyordur. Aktyor “Hababam sinifi”, “Səninlə son dəfə”, “Yol”, “Acı dünya”, “Bizim ailə” və s filmlərdə müxtəlif dərəcəli rollar yaradıb.

Ələkbər Kazımovski, 19 Sentyabr

O, aktrisa Nahidə Orucovanın Bakıdakı restoranlardan birində keçirilən 55 illik yubiley tədbiri zamanı ürək tutmasından vəfat edib. Ələkbər Kazımovski “Tənha durna uçuşu”, “Sonuncu məhəbbət”, “Şirin bülbül” və s. filmlərin müəllifi idi. Rejissor Rauf Kazımovskinin oğludur.

Leonard Koen, 7 Noyabr

Leonard Koen 21 sentyabr 1934-cü ildə Kanadada anadan olub. 1956-cı ildə ilk şeirlər toplusu, 1963-cü ildə ilk romanı nəşr olunub. Koenin musiqiçi karyerası o, 1967-ci ildə ABŞ-a köçdükdən sonra başlayıb. Onun musiqiləri bir çox filmdə səsləndirilib. "Hallelujah" kompazisiyası isə ən sevilən bəstələrdəndir.

Fikrət Sadıq 16 Noyabr

Sadıqov Fikrət Abbas oğlu Sadıqov 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub. 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1986), Azərbaycan Dövlət mükafatı laureatı (1990), Prezidentin fərdi təqaüdçüsü idi.

Nəriman Əzimov, 19 Noyabr

Azərbaycan xalq artisti, dirijor N.Əzimov uzun sürən xəstəlikdən sonra ürək çatışmazlığından Bakıda dünyasını dəyişib. Prezident təqaüdçüsü olan Nəriman Əzimov uzun müddət Səid Rüstəmov adına Azərbaycan Dövlət xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb. O, 1991-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb. Gəncədə dəfn olunub.

Erdal Tosun, 30 Noyabr

Erdal Tosun 1963-cü ildə İstanbulda aktyor ailəsində anadan olub. Karyerasına teatrda başlayan aktyor “Maskeli beşlər”, “Evə dönüş”, “Atam və oğlum”, “Orqanizə işlər”, “Vizyontele Tuuba”, “G.O.R.A”, “Vizyontele” və başqa filmlərdə çəkilib. O, avtomobil qəzasında həlak olub.

İsmayıl Məmmədov, 11 Dekabr

Rəssam 1948-ci il mart ayının 31-də Bakıda doğulub. İlya Repin adına Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirib. 1998-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rəssamı olub. İsmayıl Məmmədova 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı verilib.

Muxtar Manıyev, 22 Dekabr

1935-ci ildə Bakıda anadan olub. O, "Onu bağışlamaq olarmı?", "Koroğlu", "İnsan məskən salır", "O qızı tapın", "Bizim Cəbiş müəllim" olmaqla ümumilikdə 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb. Xalq Artisti uzun illər ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkirdi. Vəziyyəti getdikcə pisləşən sənətkarın 2015-ci il 11 avqust tarixində sol ayağı, 2016-cı ilin mart ayının 15-də isə sol ayağı amputasiya olunub. Vəsiyyətinə əsasən, Qala qəsəbəsində valideynlərinin yanında torpağa tapşırılıb.

Ağaxan Abdullayev, 25 Dekabr

Xalq artisti A. Abdullayev 1950-ci ildə Bakının Əmircan kəndində anadan olub, 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. 1992-ci ildə Əməkdar artisti fəxri adına, 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb, prezident təqaüdçüsü olub. 2000-ci ildə pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 10 may 2015-ci ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.

İlyas Tapdıq, 25 Dekabr

Şair və tərcüməçi İlyas Tapdıq 1930-cu ildə Gədəbəydə anadan olub. Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlayıb. İlyas Tapdıq müasir uşaq ədəbiyyatının tanınmış nümayəndələrindəndir.

# 872 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #