Ülvi Babasoyun imza günü olacaq

 

24 Dekabr tənqidçi Ülvi Babasoyun “Ədəbiyyatı cənnətlə tapmaq” adlı esselər kitabının imza günü keçiriləcək. Kulis.azın məlumatına görə imza günü saat 14:00-dan 16:00-dək “Kibrit” kitab kafesində baş tutacaq.

 

Kitab sevgi, gülüş, ölüm və yaddaşı... ədəbiyyat və həyatla romantizə edir. Müəllif oxucunu postmodern epoxasının esseisti kimi öz rəngli mətn dünyasına dəvət edir. Postmodernizm təkcə ədəbi yox, həm də ruhi vəziyyətdir. Zamanın ruhu, ədəbiyyatın ruhu...

 

Bu kitab mədəni, mifoloji, tarixi, dini və ədəbi mətnlərin kollajıdır. Ədəbiyyat həyata, həyat ədəbiyyata calanır.

 

Kitabın redaktoru Elnarə Akimova, naşir Müşfiq Xandır.

LENT

17 Dekabr 2017
16 Dekabr 2017
15 Dekabr 2017
14 Dekabr 2017
13 Dekabr 2017