Elçiyə zaval var imiş - BU SƏFİRLƏRİ ÖLDÜRÜBLƏR

Elçiyə zaval var imiş - <span style="color:red;">BU SƏFİRLƏRİ ÖLDÜRÜBLƏR
20 dekabr 2016
# 12:53

Dünən Rusiyanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Andrey Korlov qətlə yetirildi.

Kulis.Az bu hadisəylə əlaqədar terrora qurban gedən səfirlərlə bağlı kiçik araşdırmanı təqdim edir.

1829-cu ildə Aleksandr Qriboyedov Tehran Səfirliyinin qarşısında dini fanatiklər tərəfindən öldürülüb. Cəsədi tikə-tikə doğranıb Tiflisə aparılıb.

1923-cü ilin 10 mayında İsveçrənin Lozanna şəhərində SSRİ səfiri Voçlav Vorovskiy qətlə yetirilib.

1926-cı ilin 5 fevralında Moskva-Riqa qatarında SSRİ-nin Litvadakı səfiri Teodor Netten öldürülüb.

1927-ci ilin 7 iyununda SSRİ-nin Polşadakı fövqəladə və səlahiyyətli səfiri Pyotr Voykov Varşavada qətlə yetirilib.

1927-ci ilin 13 dekabrında Çinin Quançjou şəhərində konsulluğa hücum olub və içəridəki bütün diplomatlar əsir götürülüb. Səfirliyin beş əməkdaşı güllələnib, əsir götürülən səfirlərdən biri isə yoxa çıxıb.

1986-cı ilin 16 sentyabrında Pakistanın paytaxtı İslamabadda SSRİ-nin hərbi attaşesi Fyodor Qorenkov öldürülüb.

2003-cü ilin 28 martında Kot Divuarın paytaxtında Səudiyyə Ərəbistanının səfiri Məhəmməd Əhməd Rəşid öldürülüb.

2003-cü ilin 29 dekabrında Fransanın Brundiya əyalətində əslən İrlandiyalı Vatikan səfiri Maykl Kortni sui-qəsd nəticəsində ölümcül yaralanıb. Səfir yerli xəstəxanada qan itkisindən keçinib.

2005-ci ilin 2 iyulunda Misirin İraqdakı səfiri İxab aş Şerif Bağdaddakı evindən qaçırılıb və öldürülüb. Onun cəsədi belə tapılmayıb.

2005-ci ilin 27 iyulunda Əlcəzairin İraqdakı səfiri Əli Belarus edam edilib. Onunla birlikdə olan attaşe İzəddin Belkadi Bağdaddakı diplomatik nümayəndəliyə qaçırılıb. Terroristlərin Əl-Qaidə ilə iş birliyində olduğu açıqlanıb.

2008-ci ilin 20 sentyabrında Pakistanın İslamabad şəhərində terrorçular “Marriot” otelini partlatmışdılar. Oteldə ölənlərin arasında Çexiya səfiri İbo Jdyarek də var idi. Çex səfir bir neçə gün “Marriot” otelində qalırdı və mühafizəçilər tərəfindən qorunurdu. Terroru islami qrupu Fadayeen İslam gerçəkləşdirmiş və 50-yə yaxın insan canını tapşırmışdı.

2012-ci ilin 27 iyulunda Venesualının Keniyadakı səfiri Olqa Fonseka öz evində qətlə yetirilmişdi.

2012-ci ilin 11 sentyabrında ABŞ-ın Liviyadakı səfiri John Christopher Stevens ABŞ-ın Benğazidəki konsulluğuna qarşı hücum nəticəsində boğularaq öldürülüb. Səfirlikdə işləyən daha üç nəfər hadisə nəticəsində həlak olub. Əl bombaları ilə silahlanmış silahlılar ABŞ-da çəkilən filmi Məhəmməd Peyğəmbərə qarşı təhqiramiz saydığına görə, etiraz olaraq konsulluqda yanğın törədib.

2013-cü ilin 9 sentyabrında Rusiyanın Abxaziyadakı Konsulluğunun birinci katibi vitse-konsul Dmitriy Vişernev Suxumidə öldürülüb.

# 952 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #