Neft sənayesində novator usta - “Doğma və yad küçələr”

Bəzən hər gün eyni küçə adını eşidirik, deyirik, hətta yazırıq.

Amma fərqinə varmırıq.

Kimdi bu adam?

Adını küçə verilibsə demək xidmətləri var.

Yaddaşlarda yaşamağa layiq olub.

Adı əbədiləşib, düzdü.

Xatirəsi əbədiləşibmi bəs?

Tanıyırıqmı onu?

 

Kulis.Az-ın “Doğma və yad küçələr” layihəsində Bakı şəhərində olan tanımadığımız küçə adlarından bəhs olunacaq.

 

Ağa Nemətulla küçəsi Nərimanov rayonunda əsas küçələrdən biridir.

 

Yusif Vəzir Çəmənzəminli küçəsi ilə Heydər Əliyev prospektini birləşdirən küçə “Nərimanov” metrostansiyasının yanından keçərək xalq arasında “Montin bazarı” kimi tanınan əraziyədək uzanır.

 

Bəs bu küçəyə adı verilən Ağa Nemətulla kimdir?

 

Vikipediya Ağa Nemətullanı SSRİ neft sənayesi yenilikçisi təqdim edir. O, 1896-cı ildə Güney Azərbaycanın Sərab şəhərində anadan olub.

 

SSRİ dövlət mükafatı laureatı olan A.Nemətulla 1927-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub.

 

1915-ci ildə Bakıda Ramana neft mədənlərində işləməyə başlayıb.

 

1932-ci ildə qazma ustası olub.

 

Image result for Ağa Nemətulla kimdir

 

Sonralar Putada sahə rəisi, qazma kontorunun direktoru, TRES müdiri işləyib.

 

1956-58-ci illərdə Azərbaycan dəniz neft kəşfiyyatı TRESTinin 1 nömrəli GÜRGAN qazma kontorunda buruq ustası kimi fəaliyyət göstərib.

 

1942-43-cü illərdə Özbəkistan SSR-də neft quyularında qazılmasında iştirak edib.

 

A.Nemətulla turbinlə mayili və iki lüləli qazmanın yaradıcısı hesab olunur.

 

1941–ci ildə Bibiheybətdə dünyada ilk dəfə olaraq turbinlə mayili quyu qazıb.

 

SSRİ Ali Sovetinin (1-ci çağırış) Azərbaycan SSRİ Ali Sovetinin (2-4-cü çağırış) deputatı olub.

 

İki dəfə Lenin ordeni və iki başqa ordenlə təltif edilib.

 

Ağa Nemətulla 1958-ci ildə Bakıda vəfat edib.

 

LENT

24 Fevral 2017
23 Fevral 2017
22 Fevral 2017
21 Fevral 2017
20 Fevral 2017