Sabah “Həddən artıq uyğunluq” filmi təqdim olunacaq VİDEO

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Kulis.Az-a verilən məlumata görə, rejissor Ülviyyə Könülün müəllifi oldğu film dekabrın 15-də nümayiş olunacaq.

 

Bədii film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Çəkilişləri ABŞ-da və Azərbaycanda aparılan filmin ssenari müəllifləri Ramiz Fətəliyev və Aleksandr Mərdan, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.

 

Romantik komediya janrlı filmdə baş rolları Azərbaycanın xalq artisti Afaq Bəşirqızı, aktyorlar Tural Əsədov, Aydan Axundova, Kamran Ağabalayev, Azərbaycan əsilli ABŞ aktrisası Yevgeniya Orucova və digərləri canlandırırlar.

LENT

21 Yanvar 2017
20 Yanvar 2017
19 Yanvar 2017
18 Yanvar 2017
17 Yanvar 2017
16 Yanvar 2017
15 Yanvar 2017
14 Yanvar 2017
13 Yanvar 2017