Sirkə həsr olunmuş elmi konfrans keçiriləcək

Sirkə həsr olunmuş elmi konfrans keçiriləcək
21 noyabr 2016
# 13:20

Noyabrın 24-də AMEA Memarlq və İncəsənət İnstitutu “Azərbaycan milli sirk sənəti - 70” mövzusunda Respublika elmi-praktiki konfransı keçirəcək.

Azərbaycanda ənənəvi sirk sənətinin tarixi çox qədim dövrlərə gedib çıxsa da, peşəkar sirkin meydana gəlməsi nisbətən yaxın keçmişdə baş vermişdir. Dahi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılan Azərbaycan peşəkar sirk kollektivinin ifasında ilk milli sirk proqramının premyerası 1946-cı il iyunun 12-də Bakı Dövlət sirkində oynanılmışdır.

Bu əlamətdar hadisənin 70 illiyinə həsr olunan konfransda Azərbaycan sirk sənətinin tarixi, təşəkkül mərhələləri, müasir problemləri, inkişaf perspektivləri və s. aktual mövzular müzakirə olunacaq.

Konfransın açılışı saat 11. də AMEA-nın Əsas binasının konfrans zalında olacaq.

Konfransın proqramında “Azərbaycan peşəkar sirk sənətinin inkişaf yolları”, “Bakı Dövlət Sirkinin milli sirk sənətinin inkişafında rolu”, “Azərbaycan sirk pəhləvanları”, “Milli sirk sənətində musiqi, Azərbaycan sirkində klounada”, “Azərbaycan milli kinosunda sirk ənənəsi”, “Azərbaycan illüziya sənətinin inkişaf yolları”, “Müasir Azərbaycan sirk sənəti dünya arenasında” kimi məruzələrlə yanaşı milli sirk sənətinin veteranlarının və hazırda Bakı Dövlət Sirkində nümayiş olunan “İntersirk - 3” beynəlxalq proqramının iştirakçılarının çıxışları nəzərdə tutulur.

Media üçün konfransa giriş sərbəstdir.

# 799 dəfə oxunub

Oxşar xəbərlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
# # #