Mustafa Məsturun imza günü olacaq

Mustafa Məsturun imza günü olacaq
18 noyabr 2016
# 13:34

Noyabrən 22-i, saat 15:00-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İran yazıçısı Mustafa Məsturla görüş keçiriləcək. Kulis.azın məlumatına görə görüşdə yazıçının mühazirəsi olacaq, daha sonra imza mərasimi keçiriləcək.

"Qloballaşma dövründə ədəbiyyat" mövzusunda olan mühazirədən sonra yazıçı iştirakçıların suallarına cavab verəcək. Sonda isə “Tanrının ay üzündən öp” romanının imza mərasimi olacaq.

Kitabı tədbirdə əldə etmək imkanı olacaq.

Tədbirə Mədəniyyət və Turizm Nazirliyi, ATV Kanalı, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi, Parlaq İmzalar Nəşriyyatı və AMEA Mərkəzi Elmi Kitabxanası dəstək veriblər.

Son 100 il İran ədəbiyyatının 10 ən sevilən yazıçılarından biri hesab olunan Mustafa Məsturun əsərləri 20-dən çox dilə tərcümə edilib. Məsturu İran, eləcə də dünya ədəbiyyatına tanıdan ilk irihəcmli əsəri "Tanrının ay üzündən öp" romanıdır. Roman nəşr olunduğu gündən oxucuların və ədəbi tənqidçilərin böyük marağına səbəb olmuşdur. On beş ildə yüksək tirajla 50 dəfədən çox nəşr edilmiş əsər müəllifə "Qolden pen" mükafatı qazandırmışdır.

Mustafa Məsturun "Tanrının ay üzündən öp" romanı ATV kanalı və "Parlaq İmzalar" Nəşriyyatının ortaq layihəsi çərçivəsində çap edilib.

# 756 dəfə oxunub

Oxşar xəbərlər

Aktyor Səmimi Fərhad:  Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

Aktyor Səmimi Fərhad: Kinoya 1 milyon pul ayrılır, onun vur-tut 300 mini filmə xərclənir, 700 min yoxa çıxır - Müsahibə

20:00 23 aprel 2024
Məşhur yazıçının kitabı satışdan çıxarıldı

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

19:00 23 aprel 2024
“Hər yanı gülşən Azərbaycan”  adlı xor müsabiqəsinə start verildi

“Hər yanı gülşən Azərbaycan” adlı xor müsabiqəsinə start verildi

18:30 23 aprel 2024
Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
# # #