Maral Rəhmanzadənin sərgisi açılıb

Maral Rəhmanzadənin sərgisi açılıb
17 noyabr 2016
# 14:41

Noyabrın 15-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Maral Rəhmanzadənin (1916-2008) anadan olmasının 100 illiyi münasibətilə xatirə sərgisinin açılışı oldu. Kulis.azın məlumatına görə Sərgidə rəssamın realizm üslubunda işlədiyi ailəsinin kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan rəngkarlıq və qrafika əsərləri nümayiş olunur.

Rəssamın “Dağ mənzərəsi”, “Göygöl”, “Dağ qızları”, “Naxçıvan gözəlləri”, “Qızlar bulağı”, “Avtoportret”, “İçərişəhər”, “Ordubad dağları”, “Xınalıq kəndi”, “Dağlar”, “Tarla sahibələri”, “Çayçı qızlar”, “Günəşin şirəsi” kimi 80-dən çox əsəri sənətsevərlərin ixtiyarına verilib.

Qeyd edək ki, Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakıda anadan olub. 1930-1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxuyub, 1940-cı ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunu bitirib. Təhsildən sonra doğma vətənə qayıdaraq ömrünün sonunadək yaradıcılıqla məşğul olub. M.Rəhmanzadənin geniş yaradıcılığı hər zaman sənətsevərlərin diqqət mərkəzində olub və yüksək qiymətləndirilib. O, milli təsviri sənətimizin inkişafındakı böyük xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb. Rəssam 2008-ci ildə vəfat edib.

Sərgi noyabrın 19-da başa çatacaq.

# 927 dəfə oxunub

Oxşar xəbərlər

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

Evləndi, boşandı, yenə evləndi – Çağdaş İsrail hekayəsi

15:00 12 aprel 2024
Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

Qəzetçilər Üzeyir bəyi necə lağa qoyurdular? - İlham Rəhimli

10:00 12 aprel 2024
Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

Bədənin erotik nəsnəyə çevrilməsi - Qadına söyüş söymək niyə yaraşmır?

15:00 11 aprel 2024
"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

"Bu mətn ölü doğulub" - Hekayə müzakirəsi

12:00 11 aprel 2024
# # #