Teletənqidçilər “Səni axtarıram” qalmaqalından danışdı

Teletənqidçilər “Səni axtarıram” qalmaqalından danışdı
14 noyabr 2016
# 12:45

Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinin çəkiliş prosesinə aid görüntüləri yayılıb. Kulis.Az bu barədə məşhur teletənqidçilərin rəylərini təqdim edir.

Qulu Məhərrəmli

Heç vaxt o verilişə baxmamışam. Nadir hallarda ancaq. Həmişə “dermantin” təsiri bağışlayıb mənə. Axıdılan göz yaşları, kədərli anlar… O verilişin teatrlaşdığı dərhal bilinirdi. Tragikomediyadır bu. O görüntülərə də baxdım. Ürəyim ağrıyır. İnsanların yaşantıları, hisləri ilə oynamaq olmaz, qətiyyən olmaz. Bu cür proqramlar bir az dramaturgiya, bir az televizordan başı çıxan, bəsirət gözü açıq, hissiyyatı olan adamlar üçün tamamilə nəyə xidmət etdiyi aydındır. Bu cür proqramlar kifayət qədərdir. Belə proqramların yerinə mədəniyyət verilişləri, teatr verilişləri, poeziya dəqiqələri verilişləri olmalıdır… Bunlar gəlib başqasının yerində oturublar. Bileti əldə olan biz, ancaq bizim yerimizdə oturan onlar. Ədəbiyyat, sənət verilişlərinə baxılmır. Üç dəfə, beş dəfə baxandan sonra hamı alışacaq. Efirlə bağlı çox ciddi islahatlar getməlidir. Səviyyə ilə bağlı məsələ ayrıdır. Bunlar insanların hisləri ilə oynayırlar. Bir dəfə Habil Əliyevi verilişə çağırıblar, sənətkar itkin adamları görəndə ürəyinin ağrıdığını deyib. Bu rüsvayçılıqdır, biabırçılıqdır.

Elçin Əlibəyli

Mən düşünürəm ki, bu tip verilişlərə insanların hissləri ilə oynamaq kimi baxmayaq. Hər bir veriliş istəyər ki, onun dramatik fabulası olsun. Hər hansı bir layihənin maraqlı olması bir başa bizim peşə ilə əlaqəlidir. Dramaturji xəttin olması ona maraq qatır. İstər Rusiyada, istər də dünyanın digər televiziyalarında bu cür verilişlərin olması normaldır. Verilişin maraqlı olması üçün aparıcının, redaktorun fikri və istiqamətləndirməsi olmalıdır. Burda fövqəladə bir şey yoxdur. Ancaq istəməzdim ki, bu verilişlərin mətbəxi ortaya çıxsın. Təəssüf edirəm buna. Lakin hesab edirəm ki, burda cinayət yoxdur. Biz deyirik ki, bu cür verilişlər olmasın. Gülmək olmaz, müğənnilər olmaz... Razıyam, yığışdırdıq. Ziyalılar, siyasət adamları, deputatlar verilişlərə gəlmirlər. Neyləsin televiziya? Bədii film göstərsin? Kinoteatr olsun? İndi televiziya 24 saat göstərilir. Əvvəl 12 saat idi. Hazırda dövrün tələbi tamam başqadır. Televiziyanı kommersiya marağında ittiham edirlər. Televiziya kommersiya məqsədi güdməlidir. Onda gəlin özəl televiziya anlayışını yığışdıraq və televiziyalar dövlət dotasiyası alsın. Rəqabət də olmasın. Televiziya böyüdücü şüşədir, güzgü deyil. Problemləri böyüdüb göstərməkdir bizim işimiz. Və bu cür verilişlərin olması qaçılmazdır.

Zeynal Məmmədli

O tip verilişlərdə səhnələşdirilmədən istifadə edilir. Bununla razıyam. Önəmli olan böyük reytinq qazanmaqdır burda. Əsas odur ki, insanlar problemlərini dilə gətiriblər. Səhnələşdirmələr, uydurmalar, qıcıqlandırmalar var. Bu normaldır. Dramatizm yaranır, diqqət doğurur, reytinq göylərə qalxır. Bütün bunları Xoşqədəmə yönəltmək beldən aşağı zərbə vurmaqdır. Beldən aşağı zərbə vurmaq lazım deyil. Zərbəni çirkaba vurmaq lazımdır. Biz televiziyaların mətbəxinə getməliyik, ictimai maraq üçün bunu etməliyik. Orda verilişlər necə hazırlanır, doğurdan da cəmiyyətə faydalı işlər görülürmü? Azərbaycan cəmiyyətində nələr baş verir... Məişətindən tutmuş başqa məsələlərə qədər. Mən bir başa qaralamağın əleyhinəyəm. Düzdü, Xoşqədəmin görüntüləri çirkab əlamətidir. Ancaq əsas məsələ çirkabın özüdür.

# 1294 dəfə oxunub

Oxşar xəbərlər

“Hər yanı gülşən Azərbaycan”  adlı xor müsabiqəsinə start verildi

“Hər yanı gülşən Azərbaycan” adlı xor müsabiqəsinə start verildi

18:30 23 aprel 2024
Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
Beynəlxalq Rəqs Günü  qeyd olunacaq

Beynəlxalq Rəqs Günü qeyd olunacaq

16:30 23 aprel 2024
Yoxsa belə olmazdı! - Oxucusuz kitab sərgisindən reportaj

Yoxsa belə olmazdı! - Oxucusuz kitab sərgisindən reportaj

16:30 23 aprel 2024
#
#
# # #