Türkoloq-tərcüməçilər mükafatlandırıldı

Türkoloq-tərcüməçilər mükafatlandırıldı
11 noyabr 2016
# 11:10

Qazaxıstanın paytaxtı Astanada I Avrasiya Kitab Sərgisi çərçivəsində Beynəlxalq Türk Akademiyasının "Türkologiya sahəsində aktual tərcümə məsələləri" adlı beynəlxalq açıq seminarı keçirilib. Kulis.azın məlumatına görə tədbirdə türk xalqlarının qədim irsini müasir dillərə çevirən türkoloq-tərcüməçilər mükafatlandırılıb.

Dünyanın bir sıra ölkələrinin iştirak etdiyi "I Avrasiya Kitab Sərgisi - 2016" çərçivəsində Beynəlxalq Türk Akademiyasının (TWESCO) nəşrlərindən ibarət stend nümayiş etdirilib. Stenddə türk xalqlarının maddi-mənəvi irsinin tədqiq olunduğu xeyli sayda kitab yer alıb.

Sərginin açılış günündə Qazaxıstanın dövlət katibi Gülşara Abdıxalıkova stendə baxış keçirib və Akademiyanın türk xalqlarının tarixi, mədəniyyətinin tədqiqi sahəsində gördüyü işlərdən xəbərdar olduğunu, bunu yüksək qiymətləndirdiklərini qeyd edib.

Sonra "Türkologiya sahəsində aktual tərcümə məsələləri" adlı beynəlxalq açıq seminarı keçirilib. Akademiya prezidenti Darhan Kıdıralinin moderatorluğu ilə keçirilən toplantıda TÜRKPA-nın baş katibi Jandos Asanov, Azərbaycanın Qazaxıstandakı səfiri Raşad Məmmədov, Macarıstan, Qırğızıstan, Monqolustanın səfir və diplomatları, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası baş katibini müavini Abzal Saparberkulı, türkoloqlar və peşəkar tərcüməçilər iştirak edib. Tədbirdə tanınmış tərcüməçi-alimlərin məruzələri dinlənilib, qədim türk irsinin öyrənilməsində və türk xalqlarının inteqrasiyasında tərcümənin rolu barədə fikir mübadiləsi aparılıb.

Seminar zamanı TWESCO tərəfindən nəşr olunan və türk dünyasında tərcümə sənətinin inkişafına töhfə verən iki elmi nəşrin təqdimatı da keçirilib. Türkologiya sahəsində əhəmiyyətli əsərlərdən sayılan “Qədim Türk Lüğəti” və qırğız alimlərinin hazırladıqları "Altay Respublikasındakı Qədim Türk Yazıları Albomu" oxuculara təqdim edilib.

Sonda türk dünyasının tərcümə sənətinə böyük töhfələri olan tərcüməçilər mükafatlandırılıb.

Qeyd edək ki, I Avrasiya Kitab Sərgisi 3 gün davam edəcək.

# 905 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
#
#
# # #