Yuğ Dövlət Teatrı beynəlxalq festivala dəvət aldı

 

7-8 noyabr tarixlərində Bakıda “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransı keçirilib. Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə konfransda “Medeya. Sekvensiya 01” tamaşası Gürcüstanda keçirilən Tbilisi Beynəlxalq Teatr Festivalına dəvət edilib.

 

Konfrans çərçivəsində xarici və yerli mütəxəssislər Yuğ Dövlət Teatrının M.Mikayılovun “Medeya. Sekvensiya 01” və baş rejissor G.Ömərin “Naməlum Axundzadə” tamaşalarına baxıb. Hər iki tamaşa qonaqlar tərəfindən maraqla qarşılanıb.

 

M.Mikayılovun “Medeya. Sekvensiya 01” tamaşası hər il Gürcüstanda keçirilən və teatr aləminin ən mötəbər festivallarından sayılan Tbilisi Beynəlxalq Teatr Festivalının təşkilatçılarından teatrşünas, doktor, professor İrina Qoqoberidzenin və festivalın koordinatoru teatrşünas Lela Oçuairinin xüsusi marağına səbəb olub və tamaşa festivala dəvət edilib.

 

Konfransın ikinci günü Yuğ Dövlət Teatrının ədəbi hissə müdiri, teatrşünas Elçin Cəfərov “Yuğ teatrı: Şərqdə Qərb paradoksu” adlı məruzə ilə çıxış edib. E.Cəfərovun çıxışı həm yerli, həm də xarici mütəxəssislər tərəfindən maraqla qarşılanıb.  

LENT

26 Mart 2017
25 Mart 2017
24 Mart 2017
23 Mart 2017
21 Mart 2017
20 Mart 2017
19 Mart 2017
18 Mart 2017
17 Mart 2017
16 Mart 2017
15 Mart 2017
14 Mart 2017