Qoca kommunistlər – İlqar Rəsulun hekayəsi

Qoca kommunistlər – <span style="color:red;">İlqar Rəsulun hekayəsi
28 oktyabr 2016
# 13:54

Onlar elə bilirdilər haqq uğrunda mübarizə aparırlar. Bütün ömürləri boyu da belə bildilər. Yalnız sonda - təqaüdçülər olaraq günlərini eyvanda oturub çay içməklə keçirdikləri zaman bildilər ki, sən demə elə deyilmiş. Onların yolunu təmizlədikləri gələcək heç də işıqlı deyilmiş yəni. Amma yeni nəsil bunu onlara deyəndə heç də məyus olmadı bu qoca kommunistlər. Əksinə, gülümsünüb dedilər ki, bizdə günah olmayıb:

- Axı biz heç vaxt haqqı görməmişdik. Bizə dedilər ki, haqq o tərəfdədir. Biz də o yolu tutduq. Desəydilər, bu tərəfə getmək lazımdı, gedəcəkdik. Günah haqdadır. O, gərək heç olmasa bir dəfə özünü bizə göstərəydi. Yerini-yurdunu, rəngini - ruhunu biləydik...

- Bəs indi neyləyəcəksiniz? - soruşdular onlardan.

- Heç nə, - dedilər təbəssümlə qoca ərlə arvad, - çay içib ölümü gözləyəcəyik. Belə anlaşılır ki, biz insanların bu dünyada gördüyü yeganə haqq elə ölümün özüdür. Onun uğrunda aparılan mübarizə də çox sadədir. Nə qala fəth edirsən, nə də harasa yol açırsan. Sadəcə bir ömür yaşayırsan, vəssalam...

# 3688 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #