Bu məşhurlar bir-biri ilə evləndilər - SİYAHI

Bu məşhurlar bir-biri ilə evləndilər - <span style="color:red;">SİYAHI
20 oktyabr 2016
# 09:00

Kulis.az sənət dünyasının məşhur evliliklərini təqdim edir.

Jan Pol Sartr və Simona de Bovuar

Evli cütlüklər deyəndə birinci yadımıza onlar düşür. Tələbə vaxtlarından başlayan tanışlıq onları ölümə qədər ayırmadı. Xəyanətlər, təlatümlər, fikir ayrılıqları olsa belə... Hə, bir də rəsmi nikahları heç zaman olmadı. Simona buna qarşı idi və Sartr da onunla sözsüz razılaşırdı.

Dieqo Riveyra və Frida Kahlo

Şorgöz rəssam Fridaya az ağrı yaşatmamışdı. Üstəlik, Fridanın keçirtdiyi əməliyyatlar, ömür boyu davam edən ağrılar... Filmləri belə çəkdi: “Frida”.

Ted Hyuz və Silviya Platt

İki şair düşünün... Qadın intihar edir, Hyuz yenidən evlənir. O qadın da intihar edir. Bu qədər ağrı heç zaman yaşanmadı.

Federiko Fellini və Cülyetta Mazina

Dünyanın ən böyük rejissoru Fellinidirsə ən böyük aktrisası da Mazina olar. Onlar ayrılmazdır. Fellininin az qala bütün filmlərində baş rolları Mazina oynayıb. Və elə oynayıb ki... Rejissor qalıb, hamı onu tərifləyib. Amma Fellini də kişi komplekslərindən xilas ola bilməyib. Başqa bir sevgilisi də varmış. “8.5” filmində bu səhnələr işlənib.

Frederik Şopen və Jorj Sand

Bu iki dühanı çox şey birləşdirirdi. Və Sand az qala ana kimi qayğısına qalırdı Şopenin... Münasibətləri çox enişli-yoxuşlu oldu. Doqquz il birgə yaşadılar. Tuberkulyoza tutulan Şopen 39 yaşında dünyasını dəyişdi. Dəfninə belə gəlmədi. Dəfndə isə Hüqo iştirak eləmişdi. Belə bir əfsanəvi eşq. Və sonu mutsuz bitən bir nağıl.

Nikolay Qumilyov və Anna Axmatova

Anna... Rus poeziyasının gümüş dövrünün ən böyük şairlərindən biri. Tükənməz ilham. Yəqin həyat yoldaşı Nikolay da onun bu istedadını bilirdi. Elə buna görə də Annanın Amadeo Modilyani ilə məhəbbətinə göz yummuşdu.

Sergey Yesenin və İsidora Dunkan

Şairlərin şıltaqlığına kim dözər? Üstəlik bu şair Yesenindirsə. Amma Dunkan dözəcəkdi. Baletlə bağlı yaradıcılıq işləri başından aşsa da vaxtını sevimli ərinə xərcləyəcəkdi. Amma bu fədakar qadın da dağ çayı kimi çılğın Yesenini ram edə bilməyəcəkdi, onun ölümə gedən yoluna sipər ola bilməyəcəkdi.

Vladimir Mayakovski və Liliya Brik

Buna nə ad verək: məhəbbət üçbucağımı, dünyanın ən qəribə evliliyimi? Liliya ərdə idi, amma tarixdə Mayakovskinin həyat yoldaşı kimi qaldı.

Pyer Küri və Mariya Küri

Hər ikisi radioaktivliyə görə Nobel alıb. Pyer qəzada ölüb, Mariya isə radioaktivliyin ziyan olduğunu bilmədiyinə görə sağalmaz xəstəliyə yoluxub. Amma patriarxal kişilərin qulağından iraq, dünyada iki dəfə Nobel almış yeganə insan Mariya Küridir.

Artur Miller və Merilin Monro

Bəlkə də dünyada yeganə cütlükdür ki, xanımı yazıçının özündən məşhurdur. Amerika ədəbiyyatının nəhənglərindən olan Artur Millerin adı sizə heç nə deməyə bilər, Merilin Monro isə... Yəqin, əlavə şərhə ehtiyac yoxdur.

Pol Oster və Siri Hustved

İki yazıçı bir evdə necə yaşaya bilər? Pol və Siri buna bariz nümunədirlər.

Zadie Smit və Nik Lairt

2004-cü ildə evləniblər. Zadie xanım çağdaş dünya ədəbiyyatının parlaq imzalarındandır.

Persi Bişi Şelli və Meri Şelli

Persi XIX əsr ingilis ədəbiyyatının ən məşhur şairlərindən biri olsa da dünya daha çox xanımını tanıyır. Hansı əsəri ilə? Təbii ki, “Frankşteytn” ilə.

Elif Şafak və Eyyub Can

Elif Şafak məşhurdur. Əri isə onun qədər bəşəri şöhrəti olmasa da “Radikal” qəzetinin baş redaktorudur, müxtəlif mövzularda kitablar yazıb.

İndi də azərbaycanlı cütlükləri təqdim edirik.

Rəsul Rza və Nigar Rəfibəyli

Azərbaycan ədəbiyyatının ən məşhur cütlüyü. Nigar Rəfibəylinin əleyhinə məqalə yazmışdı Rəsul Rza. Sonra evləndilər. Ölənə qədər ayrılmadılar. Ölümləri arasında fərq cəmi yüz gün oldu.

Balaş Azəroğlu və Mədinə Gülgün

Cənubi Azərbaycanda olan bu iki şair cütlük də bir-birlərinə könül verdilər.

Aqil Abbas və İradə Tuncay

1981-ci ildə Xalq şairi Məmməd Arazın qızı İradə Tuncay sonralar məşhur yazıçı olacaq Aqil Abbasla evləndi. Otuz beş ildir ki, bir yerdədirlər.

Mehdi Məmmədov, Barat Şəkinskaya, Şəfiqə Məmmədova

Dövrünün ən böyük rejissoru və dövrünün ən istedadlı və ən gözəl iki aktrisası. Təbii ki, eyni vaxtda deyildi evlilikləri. Birinci evlilikdən iki, ikincidən bir oğlan gəldi dünyaya və bu uşaqlar da tanınmış simalar oldular.

Səhər Əhməd və Dəyanət Osmanlı

90-cılar ədəbi nəslinin iki nümayəndəsi, iki şair. Ömürlərini birləşdirdilər.

Zahir Əzəmət və Sevinc Çılğın

Ədəbi mühitin ən maraqlı cütlüklərindən biri.

Xanəmir və Aişə Nəbi

# 1116 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
#
#
# # #