“Baku” sözü yaponları niyə sakitləşdirir?

“Baku” sözü yaponları niyə sakitləşdirir?
7 oktyabr 2016
# 11:50

Yuxu janrdır, qorxulu yuxu isə mövzu
X.L.Borxes


Yaponlar ailəcanlıdırlar. Ənənəvi olaraq gecə yuxusuna və istirahətinə çox önəm verirlər. Ailə həyatında isə çocuklarının yuxularına bir ritual kimi baxır və onların səhər şən, dincəlmiş oyanmalarına diqqət edirlər. Lakin çocuklar kimi böyüklər də qorxulu yuxu və kabuslardan sığortalanmayıblar.

Yapon mifologiyasında vahiməli yuxu, kabus və qarabasmaları məhv edən bir xəyalət var. Kökü Çin folklorundan gələn bu məxluq bir növ Ximeradır. Qədim miflərdə Ximera, bir bədəndə müxtəlif canlıların orqanları birləşmiş xəyalətdir. Dərisi yer-yer xallı olan bu xəyalət aslan bədənli, fil başlı, kərgədan gözlü, pələng pəncəli və inək quyruqludur.

Yapon ailələri evlərinin yataq otağına onun rəsmini asır, bəzən də xəyalətin kiçicik heykəlciyini – “netske”sini yerləşdirirlər. Və əgər yuxun kabusa çevrilsə, “Qara səni bassa” qorxudan gözünü açan kimi xəyaləti adı ilə bərkdən çağırmaq lazımdır. Xəyalət özünü yetişdirir, bütün pis, vahiməli yuxuları, qarabasmaarı yeyərək udur. Rahatlayan çocuk və ya böyük kəsildiyi yerdən yuxusuna mışılca davam edir.

Təəssüf ki, bu xəyalətin adı yapon və Çin mifologiyasında “Baku”dur...

Qan-tər içində, hövlnak oyanan yapon və çinlilər əsrlərdir gecələr qorxduqlarında “Baku Kurae”, “Baku Kurae”, “Baku Kurae” (“Baku, yuxumu ye”) deyə xəyaləti imdadlarına çağırırlar.

Görünüşü ürkütücü də olsa məramı yaxşıdır “Baku”nun, damdabacalar kimi mərhəmət və nəvaziş doludur. Buna da şükür....

* * *

Rəngli yuxular bitəndə xoşbəxt həyat da bitir.

Ata nənəm səhərlər oyananda tez-tez “A bala, beyjə yuxumu yenə qarışdırmışam” deyirdi. Babam müharibədə itkin düşmüşdü və nənəm 58 il onun yolunu gözləyə-gözləyə yəqin ki, bir dəfə də olsun rəngli yuxu görmədi. Keşkə o vaxt onun yatdığı taxtın gizlin bir yerinə balaca bir “Baku” qoya bilsəydim...

Mənbə: ayna.az

# 1653 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #