“YAZI” jurnalının yeni sayı çapdan çıxdı

“YAZI” jurnalının yeni sayı çapdan çıxdı
20 sentyabr 2016
# 10:26

“Yazı” ədəbiyyat dərgisinin yeni sayı çapa təqdim olunub.

“Baş redaktordan” yazısı ilə açılan dərginin əvvəlində Sabir Əhmədlinin “Yazılmayan yazı” romanının davamı verilib.

“Poeziya” bölməsində Sevinc Elsevər, Aqşin Evrən, Anar Həbiboğlu, Sara Selcan, Faiq Hüseynbəyli, İltimas Səmimi, Məhəmməd Tanhu, İbrahimxəlil, Xeyrulla Xəyalın şeirləri yer alıb.

“Nəsr” bölümündə Ziyad Quluzadə, Vahid Qazi, Eldəniz Quliyev, Orxan İsmayıl, Çinarə Ömray, Nicat Həşimzadə, Vüsal Oğuz, Zamiq Mehdisoy, Azad Qaradərəlinin hekayələri və Yaşar Bünyadın “İblis busəsi” romanının davamı çap olunub.

“İlk addımlar” bölümündə Elmir Xəta və Aysel Abdullazadənin şeirləri yer alıb. “Çevirmə” yerində L.Tolstoy, A.Çexov, Nazim Hikmət, İ.Brodski, A.Rembo, Fazil İskəndər, Berrin Taşın əsərləri və müasir İran şeirindən seçmələr, “Esseistika” bölümündə Niyazi Mehdi, A.Pellegrininin və A.Qaradərəlinin esseləri yer alıb.

“Güneyin səsi” bölümündə K.Xiyavın şeirlərini, “Yaddaş”da Tofiq Qəhrəmanovun 70 illiyi münasibəti ilə dəyirmi masada söhbət, Əhməd Ağaoğlunun “Sərbəst insanlar ölkəsində” yazısı, “Bloq yazıları”nda Fatimə Kərimlinin bloqundan parçalar, “Palirta”da ünlü türk rəssamı Abidin Dinonun yaradıcılığı haqda məlumat və rəsmlərindən nümunələr oxuculara təqdim olunur.

Dərginin bu sayında ədəbiyyat xəbərləri, yeni nəşrlər, habelə “Yazı”nın 5 yaşı münasibəti ilə təbriklər və digər yazılarla da tanış olmaq olar. Dərginin yeni sayını gələn həftə rayonlarda “Azərmətbuatyayım”ın köşklərindən, Bakıda isə Kitabevim.az kitab mağazasından əldə etmək mümkündür.

# 1692 dəfə oxunub

Oxşar xəbərlər

Kitab oxumayan, filmlərə baxmayan dayaz aktyorlarımız - Mirmehdi Ağaoğlu

Kitab oxumayan, filmlərə baxmayan dayaz aktyorlarımız - Mirmehdi Ağaoğlu

09:00 25 aprel 2024
Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
# # #